When the English poet W.C. Henley wrote the prophetic lines, 'I am the Master of my Fate, I am the Captain of my Soul', he should have informed us that the reason we are the Masters of our Fate, the Captains of our Souls is because we have the power to control our thoughts.
Yaxşı vərdişlərin formalaşması üçün edilə biləcək ən təsirli işlərdən biri arzuladığınız davranışın adi hal sayıldığı mühitin bir hissəsi olmaqdır. Başqalarının ona hər gün əməl etdiyini görəndə yeni vərdişlər mümkün görünür. Yaxşı bədən forması olan insanların əhatəsindəsinizsə, böyük ehtimalla idman məşqlərini ümumi vərdiş hesab edəcəksiniz. Cazı sevən insarılarla əhatə olunmusunuzsa, hər gün caz ifa etməyin ağlabatan iş olduğuna inanacaqsınız. Ətraf mühit "adi" hesab olunan gözləntiləri kökləyir. Özünüzü formalaşdırmaq istədiyiniz vərdişlərə sahib insanlarla əhatə edin. Birlikdə böyüyəcəksiniz.
Bir qayda olaraq, kiməsə nə qədər çox yaxınıqsa, onun vərdişlərini təqlid edəcəyimiz ehtimalı bir o qədər böyükdür. Biz əhatəmizdəki insanların təcrübə və xüsusiyyətlərini özümüzə hopdururuq.