İtirdiyin insanlar fərqli mənaların şəklə bürünmüş halı idi. Sən onların şəklini itirdin, mənaları isə hələ də səninlədir. Bu dünya bir görüş yeridir - ruhların görüş yeri. Onlar bu dünyaya səninlə tanış olmaq üçün gəlmişdilər, tanış oldular və getdilər.
"Həyatda heç nǝyǝ, hətta yaşamağa da tələsmə. Öz axarında yaşa, tǝbii yaşa, yavaş-yavaş yaşa, içində olduğun anı hiss edə-edə, fərqinə vara-vara yaşa - günəş kimi, bulaq kimi, arı kimi, meh kimi..." - demişdi ona şaman.