Mənə görə insan övladına “ölümdən sonra həyat varmı?" sualı qədər "ölümə qədər həyatı yaşaya bildikmi?" sualı da maraqlı olmalıdır. Bu dünyada ölümdən deyil, mənası olmadan yaşanan həyatdan qorxmalıdır insan.
Həyat ikiqanadlı bir quşa bənzəyir, bir qanadı sevincdir, o biri qanadı isə kədər. Yaşamaq üçün hər iki qanadı da çırpmaq lazımdır. Həyat quşu tək qanadla uça bilməz.