Mary

Mary
@marymammadly
Baku, Azerbaijan
Nə üçün bizim taleyimizdə səadət bəzən bir meteor kimi parlayıb qeyb olur...
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
10/10
·384 syf.··
Beğendi
·
2023 10. kitabı
Uzun zamandır bu tipdə kitab oxumaq istəyirdim, həm ingiliscə, həm də axıcı və romantik komediya janrında Məncə çox kitabsevər belədir, kitabı oxuyanda ordakı obrazlara canın isinmirsə, kitabı da sevmirsən. Dünyanın ən yaxşı əsəri də olsa, həmin kitab axıcı olmur. Mən isə bu kitabdakı hər iki baş personajı çoox sevdim!🩵 Kitabda çox sevdiyim məqamlardan biri də Charlie və Noranın ünsiyyəti idi Bir-birini nə olursa olsun, başa düşürdülər, bu qarşılıqlı anlayış da çox xoşuma gəlirdi. Və hər zaman bir-birini dəstəkləyirdilər. Həm də kitab məncə çox real idi. Yəni bəzi romcom (romantik komediya) kitab/filmlərdə olduğu kimi absürd hadisələr yox idi. Bu da çox sevdiyim məqamlardan biri oldu. Məncə alsanız, ingiliscə oxuyun mütləq. Belə daha maraqlı olur, tərcümə həmin effekti verməyəcək. Mən bu kitabı çoxx sevdimm, Emily Henrydən fərqli kitablar da oxuyacam böyek ehtimalla! Sizə də çox tövsiyə edirəm.
Book LoversEmily Henry · Berkley · 01,176 okunma

Mary

, bir kitap okudu
10/10
·384 syf.··
Beğendi
·
2023 10. kitabı
Emily Henry
7.4/10 · 1.176 okunma
"Lakin o gəlmədi. Mən də incimədim..."
10/10
·224 syf.··
2023 9. kitabı
Düşünürəm ki, uzun müddətdir belə güclü qadın personajı olan bir əsər oxumamışdım. Onu deyim ki, "Söyüdlü arx" romanı Azərbaycan ədəbiyyatında ilk lirik-psixoloji üslubda olan əsərdir və bu üslubun başlanğıcı olaraq hesab edilir. Əsəri baş obraz Nuriyyənin dilindən oxuyursunuz. İnanın mənə, kitabın ortalarında gəldikcə hiss edəcəksiniz ki, Nuriyyə sizə doğmalaşır. Hadisələr Azərbaycanın uzaq bir kəndində, 50-ci illərdə cərəyan edir. Mən sizə Nuriyyədən danışmaq istərdim. Nuriyyə balacalıqdan valideynlərini itirən və öz ayaqları üzərində durmağı hələ kiçik yaşlarından öyrənən bir obrazdır. Yuxarıda qeyd etdiyim kimi, həqiqətən oxuduğum çox az kitabda belə güclü və fədakar qadın obrazıyla rastlaşmışam. Amma oxuduqca insan düşünür ki, bu qədər fədakar olmağa dəyər? Sevdiyi insanın həyatını öz həyatından önəmli yerə qoyan, öz xoşbəxtliyini onun xoşbəxtliyinə bağlayan Nuriyyə, fikrimcə həddindən artıq fədakardır və bu sadəcə və sadəcə onun özünə zərər verirdi... Əsərdə Nuriyyənin monoloqlarından biri bunu daha aydın izah edir: "...Sən uşaqlıqdan qəm-qüssənin ağır yükünü daşımağı öyrənmisən, həyatının ağır günlərində taleyindən şikayət eləməmisən. Sən dözümlüsən. Bu qaydadır: həyat özü həmişə dözümlülərin yükünü artırır..." Bəzən insanlara fədakarlıq etdikcə, bunu sənin borcun imiş kimi görürlər və artıq səndən daha da artığını davamlı olaraq tələb etməyə başlayırlar. "Qaldı ki mən...Mənə bundan artıq bir şey lazım deyil. Məgər sənin səadətin mənimki demək deyilmi? Mən ölsəm də, xoşbəxt qalsam da!" Kitab çox axıcı idi. İlyas Əfəndiyevdən oxuduğum ilk kitab idi, amma son olmadığını da bildim. Əsəri insan oxuduqdan sonra bir az gec həzm edir, bir nüddət sadəcə Nuriyyə haqda düşünürdüm, istəmədən də olsa. Hər kəsə tövsiyə edə biləcəyim bir Azərbaycan ədəbiyyatı
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,308 okunma

Mary

, bir kitap okudu
10/10
·224 syf.··
2023 9. kitabı
İlyas Efendiyev
9.1/10 · 1.308 okunma