Mary

Mary
@marymammadly
Baku, Azerbaijan

Mary

, bir kitap okudu
6/10
·184 syf.··
2023 5. kitabı
Han Kang
7/10 · 9,8bin okunma
Reklam
Puan vermedi·200 syf.··
2023 2. kitabı
Yəqin ki, nə vaxtsa kimsə sizə də bu sualı verib: "Keçmişə gedə bilsəydin, nəyi dəyişərdin?" Çox insanın verdiyi ilk cavab hansısa kədərli xatirəsiylə bağlı olur, çünki, belə anların qoyduğu izlər, yaralar sağalmır. Kawaguchi isə, bu sualı bu cür soruşur: "Keçmişə gedə bilsəniz, amma ancaq sizə verilən kofe soyuyanadək orada qala bilsəniz, nə edərdiniz?" Tokyonun ara küçələrinin birində bir kafe var. Bu kafe haqda müəyyən şəhər əfsanələri yayılıbmış. Deyilənə görə, kafedə özəl bir stul var və bu stula oturmaqla, siz keçmişə səyahət edə bilərsiniz. "Funiculi Funicula" adlı bu kafedə, keçmişə səyahət edə bilmək üçün bəzi qaydalara əməl etməyə məcbursunuz: #1 Ancaq nə vaxtsa kafeyə gələn adamla görüşə bilərsiniz; #2 Keçmişə gedib nə edirsiniz edin, indiki zamanı dəyişə bilməyəcəksiniz; #3 Kafedəki həmin stulda həmişə bir adam oturmuş olur, ora oturub səyahət edə bilmək üçün, həmin adam durana qədər gözləməlisiniz; #4 Sizə bir fincan isti kofe verilir və siz o kofe soyumamış geri dönməlisiniz, həm də kofenin hamısını içmək lazımdır; #5 Keçmişə gedəndə həmin stuldan ayağa durmaq olmaz. Kitabı o qədər sevdim ki, hətta bəzi yerlərdə gözyaşlarımı tuta bilmədiyim əsər oldu. Modern yapon ədəbiyyatı hesab edilən bu kitab, əslində teatr tamaşasıdır, yazıçı çox təsirləndiyi üçün bunu kitaba çevirib. Əsərdə 4 fərqli hekayə var, hamısı bu kafeyə keçmişə qayıtmaq üçün gələn insanlardan bəhs edid. Axıcı, təsirli, öyrədici bir kitab idi. Hətta bu kitabın 2-ci hissəsi də var (Before your memory fades), onu da qısa zamanda oxumaq istərdim. Çox tövsiyə edirəm bu kitabı, məncə hər kəsə fərqli hisslər yaşadacaq və dərs verəcək əsərdir. Kitab və sevgi ilə qalın🩵
Kahve Soğumadan ÖnceToshikazu Kawaguchi · Epsilon Yayınevi · 202110bin okunma
Həqiqəti söyləmək çox vaxt asan olmur, amma həmişə kömək edir...
Bəs mənim məsələm necə olacaqdı? Məndən bu dünyaya nə qalacaqdı? Mən öldükdən sonra, görəsən insanlar nələri xatırlayacaqdılar?
Sayfa 126 - TEAS Press·Kitabı okudu
Reklam