Müxtəlif vaxtlarda, artıq neçənci dəfə oxuduğum bir hekayə - "Mən, sən, o və telefon". Çox bəyəndiyim, haqqında yazmaq istədiyim çox kitab olsa da, bəlkə də, tənbəlliyim daha üstün gəlir. Amma səbəbini də bilmədən bu hekayə haqqında fikirlərimi bölüşəcəyəm. Anar yaradıcılığında, mənim fikrimcə, bu hekayənin keyfiyyət baxımından ağırlığı çoxdur. Hər dəfə oxuyanda niyə eyni və ya daha artıq həvəslə oxuyuram bu hekayəni?!
(Yazıda hekayədəki hadisələrdən bəhs olunur, lakin bu yazını oxuyub hekayəni oxusanız da, heç nə itirməyəcəksiniz, yenə də sizə maraqlı gələcək.)
Əsərin süjet xətti maraqlıdır. Oxucu aydın dillə yazılmış, insanın hisslərinin gözəl şəkildə ifadə olunduğu bu hekayədə özünü heç də yad hiss etmir. Obrazların emosiyaları oxucuya da sirayət edir.
Hekayəni oxuduqdan sonra, fikirləşirəm ki, Mədinə Rüstəmi (Seymuru) seçsəydi, hekayə necə olardı. Daha doğrusu, həyatları. Mədinə xoşbəxt ola bilərdimi? Bəzən süjetli filmlərdə və ya əsərlərdə sonluq müəmmalı saxlanılır. İş düşür filmi izləyən, əsəri oxuyan şəxsin təxəyyülünə, düşüncəsinə. Bəli, bu hekayədə sonluq verilib. Amma digər tərəfdən də hekayəyə yanaşmaq istəyirəm. Yuxarıda verdiyim suala mən cavab versəm, böyük ehtimal xoşbəxt olmazlar deyərdim. Mədinə öz daxili dünyasını duyan, özünün müqəddəs adlandırdığı bu prosesi birgə yerinə yetirdiyi Rüstəmi seçmədi. Mədinə ən sonda başını çiyninə qoyub güvənəcəyi Seymuru seçdi. Bəziləri deyə bilər ki, axı nə fərqi var? Bəlkə də, mən də Rüstəm kimi həqiqəti unuduram. Daha doğrusu, Rüstəmin də var olduğunu düşünürəm. Onun qısqanclıqlarını anlayıram. Amma bu suala cavab əsərdə də verilmişdi. Mədinənin qəlbində o var idi. Həyatına kim gəlsə də, onun yeri dəyişilməz idi.
" Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasınca su atdı. Yəqin aviasiya tarixində ilk