Gecə qorxu çökür yuxumuza da;
Tərpənir kiminsə qara kölgəsi.
Bəlkə hasar çəkək yuxumuza da,
Heç kəs yuxumuza girə bilməsin.
Bəlkə heç yatmayaq-
hər yatanın da
Əgər oyanmamaq qorxusu varsa.
Bəlkə heç yatmayaq-
ömrün sonunda
Onsuz da, bir əcəl yuxusu varsa.
Amma yuxun gəlir -
görürəm elə;
Daha yavaş-yavaş yumulur gözün.
Yat.. sabah oyanmaq ümidi ilə..
Yuxun șirin olsun -
uyu, əzizim...