İllər əvvəl Stepford qadınlar klubu fəaliyyət göstərsədə,artıq fəaliyyətini dayandıraraq yerini yeni açılmış Erkəklər klubuna ötürü.
Stepforda yeni köçən Walter Joanna cütlüyü Wolterin Erkekler klubuna üzv olması ilə dəyişikliklər başlayir.Joanna isə burdaki qadinların fərqli olmasını və yeni tanıdığı qonşusu Bennet tərəfindən xəbərdarlıq alınır "gəldiyimiz aydan 4 ay sonra hələ də burdayıqsa deməli artıq Stepford qadınları olmuşuq "
Sonluğunun açıq və bu cür sonlanması məni üzdü.
Ağıldan kəm və yekəpər Lenninin və Corcun dostluğu. Düşündürücü və müzakirəyə açıq bir hekayə. Bu kitabın ana xətti mənə görə bəzən biz insanlar da çox istədiyimiz əşyaları və yaxud inşaları anlamar yukləyirik və bu bəzən onları itirməmizə səbəb olur fərqində olmadan etdiyimiz incilər isə bizi uçurumdan saxlayır.
Çox duyğusal anlar yaşadım.
Sevgiyə,qayğıya ehtiyacı olan balaca Zeze, dostluğa, həmsöhbət olmağa dost axtaran orta yaşını atlatmıs Portuga ilə əvəz olunmaz dostluq.
Zülfi Livaneli - Konstantinyye oteli.
Bu yazara bir neçə dəfə şans versəm də qələminə öyrəşə bilmədim.Sətirlərinin altına gizlətdiyi hüzün,qəmginlik,çarəsizlik məni hədsiz dərəcədə boğur.
Bu kitabı belə necə bitirdim bilmirəm, hətta yarıda belə saxlamaq istiyirdim.
Kitaba da gəlsək ordan burdan qarışıq və hədsiz məlumatlarla dolu idi.İlk başda Otel sahibin köməkcisi onun işgüzarlığı onun şəxsi həyatı və ətrafında cərəyan edən hadisələrdən bəhs edir. Daha sonra isə qısa-qısa otel sakinləri haqqında hadisələri bəhs edir.
Təsüf ki sevmədim və Livaneli kitabı da beləcə bağlandı.
Marafonu ilk kitabı bitdi
Anton Çexov - 6 N palata
Uzun zamandan sonra Azərbaycan dilində kitab oxumaq gözəl idi.Bunu da davam etdirməliyik artıq.
Artıq Anton Çexovdan neçənci kitab olar və mən və bununla da başqa yazarlarımızı oxuyaq.
Sadəcə mənə maraqlı olan odur ki, qələmə aldığı əsərlər başından keçən hansısa epizodun gedişatıdır və oxuduqda da görə bilərik bunlar bəzən heç də ürəkaçan mövzular olmur.Bu qədər neqativ və ironik hadisələri unutmadan bəziyərək ruhunda necə saxlayıb.Biraz ağır mövzudur.
Əsərimiz də isə mühakimə etməkdən yoxsul olan, boşuna danışılan sözlər və bir insanı anlamaqda çətinlik çəkilən bir cəmiyyətin parçası olan və bundan əziyyət çəkən Andrey Yefimiç xidmət etdiyi xəstəxanada 6N palatada yatan xəstənin dialoqlarına münasibət bildirərək özünün də ətrafının da taleyini necə dəyişəcəyindən xəbərsiz idi.
SƏSİNİN EŞİDİLMƏDİYİ BİR CƏMİYYƏTDƏ SƏNİN DOĞRULARIN BİR YALANDIR.