duygu

duygu
@memmedyar
Yaratdığı şəkilə vurulmuşdur o rəssam. open.spotify.com/album/5HoG4uqUr...
Yəni bu, doğrudan, sevgidir? Onların hamısını, ehtiras mübtəlası olan, sanki tufana düşmüş kimi səndirləyən, naməlum istiqamətə uçan bütün bu insanları görmüşdüm, bu gün şiddətlə arzulayıb, sabah sevgidən doyan, sevgisi tutqun və qaranlıq olan, sevdiyi ilə kobud davranan, bağlılıqlarının heç birindən əmin olmayan, heç vaxt sevgiyə sevinməyən kişini görmüşdüm, məftun olduğu üçün təhqirlərə, zərbələrə dözən, ən sonunda rədd edilərək qısqanclıqla, tapdalanmış sevgi ilə əzab çəkən, amma yenə də köpək kimi bu kişiyə sadiq qalan qadınları görmüşdüm. O gün uzun illərdən bəri ilk dəfə ağladım. Bu insanlar üçün, dostum Muot üçün, həyat və sevgi üçün, sakitcə, gizli-gizli bütün bunların arasında sanki başqa planetdə yaşayırmış kimi yaşayan, bu həyatı anlamayan, sevgi həsrəti ilə yanan, eyni zamanda da ondan qeyri-iradi qorxan özüm üçün hiddətlə, qəzəblə göz yaşı tökdüm.
Sayfa 102·Kitabı okuyor
Reklam
Mən kədərlə sevincin bir bulaqdan axdığını, eyni qüvvənin hərəkəti olduğunu, eyni musiqinin taktları olduğunu və hər birinin gözəl və zəruri olduğunu hiss etmək istəyirəm.
Sayfa 62·Kitabı okuyor
Keçmiş sevgimin gözümdə kiçik, gülməli bir şeyə çevrilməsi məni nə qədər incitsə də, mənliyimə toxunsa da, yenə də onun bu gəlişi xeyrimə oldu.
Sayfa 30·Kitabı okuyor
Dünyada musiqinin var olması, bir ritmin bəzən insanı qəlbinin dərinliyinə qədər həyəcanlandırması, ya da ruhunun başdan-ayağa qədər hansısa bir harmonik səslə dolması - bütün bunlar həmişə mənimçün dərin təsəlli və bütün həyatın bəhanəsi olub.
Hiçbir duygu, his uzun süreli değildir.
Sayfa 210·Kitabı okudu
Reklam