"Çünkü zaman,yaşamın kendisidir ve yaşamın yeri yürektir."
Micheal Ende qələmindən olan "Momo" 1973-cu ildə nəşr olunmuş fantastik janrında romandır.Amfiteatr deyilən bir xarabalıqda haradan gəldiyi məlum olmayan balaca bir qız "Momo" yaşayır.Momo o qədər gözəl dinləyicidir ki, bu sayədə onun çoxlu dostları olur.Ən yaxın dostları isə süpürgəçi Beppo və turist bələdcisi Gigidir.Lakin onların xoşbəxtliyi "duman adamların" kənddə olan dəyişikliyindən sonra dəyişir.Ancaq Momo əlindən gəldiyincə onlarla mübarizə aparmağa çalışır.
Əsərdən çıxardığım nəticə odur ki,hər şeyin çoxluğu bizi xoşbəxt etmir,nəinki bizə ziyan verir.Daha çox pul və əşyalar Gigini xoşbəxt etmədiyi kimi bizi də xoşbəxt edə bilməz.
Robert N. Pek, Momo'nun beş əsas elementə sahib olduğunu izah edir: vaxt ayırmaq, dinləmək, xəyal etmək, insanlar və musiqi.