Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

miraclecsmr

miraclecsmr
@miracle28
J'adore rêver parce que tout va bien
56 syf.
·
Puan vermedi
Oskar Wilde-in "Dorian Qreyin Portreti'' əsərini oxumasam da,iki il əvvəl onun hekayələri ilə tanış olmuşdum. Əvvəl oxuyanda da,indi də eyni hissləri yaşadım. Hekayələri həm başdan sona kimi insanı maraqda saxlayır,həm də çox gözəl fəlsəfi fikirlər yer alır. Bu hekayə isə tipik Amerikan ailəsi idi)).Ev sahibinin qəti etirazına baxmayan ailə başçısı 1584-cü ildən bəri vəfat edən Canterville-in ruhu yaşadığı evə köçür.Ruh hamıya qarşı qəzəbli olsa da. Evin qızı-Virginiaya qarşı hiss etdikləri başqa idi. Virgina onu anlayır. Hətta ruhun son istəyini yerinə yetirdikdən-əbədiyyətə qovuşdurduqdan sonra belə ona qarşı hiss etdiyi sevgidən heç kəsə söz açmır. Çünki o hələ də bu cümlələri xatırlayırdı. "Only you.Because Love is always with you,and Love is stronger than Death" 5/5
Canterville Hayaleti
Canterville HayaletiOscar Wilde · Can Yayınları · 20211,039 okunma
Reklam
204 syf.
·
Puan vermedi
5 yaşında olmağına baxmayaraq ədəbiyyat sevdalısı,fəlsəfi fikirlərə malik olan Alperin həyatının qısa bir hissəsi idi bu kitab. Alperin ailəsi,dostları ilə münasibəti,bağçalara qarşı hiss etdikləri yer alırdı. Amma kitabı maraqlı edən cəhət ortada bir cinayətin olmasıdır. Amma Alper varsa,bizə nə dedektiv,nə də polis lazım deyil.(Polis yer alır,amma əsas obraz Alperdir) Alper bizə hadisəni təfərrüatları ilə birlikdə izah edir. Kitabda sevmədiyim yeganə cəhət uşağın bəzi hadisələrə öz yaşına uyğun reaksiyalar verməməsi idi. Təzə başlayanda qarşımızda özünü inkişaf etdirmiş uşaq dursa da, işlətdiyi vulqar ifadələr, kobud sözlər məni özündən bir az soyutdu((. Bunlara baxmayaraq Canıgüzün qələmi ilə ilk tanışlığım çox xoş oldu. Qiymətləndirsəniz yaxşı olar 4/5 "Müziği hiss etmelisin,"dedi ritme uygun biçimde koluyla havada kocaman bir sekiz işareti çizerek. "O haykırarak acıyı dile getiriyor" "Gerçek acı sessizdir,"dedim."Bir huzurevi gibi"
Oğullar ve Rencide Ruhlar
Oğullar ve Rencide RuhlarAlper Canıgüz · İletişim Yayınları · 202010,9bin okunma
64 syf.
·
Puan vermedi
Əsər sıxıcı bir gündə dovşanı izləyərək tanımadığı yerə düşən qızın başına gələnlərdən bəhs edir. Baş obrazımız Alice düşdüyü yerə qarşılaşdığı hallarda çox emosional davranır,hamıya burdan necə qurtula biləcəyi barədə suallar verir,ağlayaraq hadisələrə reaksiya verir(p.s Alice olduğumun fərqinə vardım ajsjajs)O, macərası ərzində dovşan,pişik,tısbağa,kral,kraliça,qırmızıya boyadılan çiçəklər və s ilə qarşılaşır.Balaca qızın sıxıcı gününü maraqlı xatirələrə çevirən yer hər şeyin baş verdiyi möcüzələr diyarıdır Amma hamının uşaq vaxtı oxuyub/izlədiyi bu əsərlə indiyə qədər tanış olmamışdım.Elə də çox bəyənmədim.Filminə isə hələki baxmamışam 3/5
Alice's Adventures in Wonderland
Alice's Adventures in WonderlandLewis Carroll · MK Publications · 022,6bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
230 syf.
·
Puan vermedi
Burak Aksakın qələmindən oxuduğum ikinci kitab idi.Öncədən deyim ki,əgər "Leyla ile Mecnun" "tadında" kitab olduğunu düşünürsünüzə,yanılırsınız. Kitab təqribən 35-36 hekayədən ibarət hekayələr kitabıdır.İçində ən ən ən sevdiklərim "72" və "Yitik çocuklar diyarı'' oldu. Amma məni yoran cəhət bütün hekayələrin eyni üslubda yazılması idi. "Leyla ve Mecnundan" sonra belə "düşüş" gözləməzdim açığı. Oxusanız da olar,oxumasanız da.Amma mütləq oxunulacaq kitab deyil əfsuslar olsun ki 2/5 "Gök Yüzlü Çocuk dilek ağacını bulsa masal olacaktı.Bulamadı,hayat oldu.Bu dünya çocukların umutları için fazla küçük bir yer. Bu dünya küçük mutluluklara bile tahammül edemeyecek kadar çirkin bir yer.Bu dünyada masal kahramanlarına yer yok.Bu dünyada çocuklar,çok fazla büyükler."
Ben Orada Değildim
Ben Orada DeğildimBurak Aksak · Küsurat Yayınları · 20192,072 okunma
176 syf.
·
Puan vermedi
Hayırdiyebilme sanatı
"Müthiş Psikoloji -Hayır diyebilme sanatı " "Bana hayır diyenlere şükran duyuyorum, ne başardımsa onlar sayesinde başardım.”(Einstein) Bəzən üç hərfdən ibarət olan bir kəlimə biz insanlar arasında münaqişə və mübahisələrə yol aça bilir.Və nəticədə bu mübahisələrdən bir tərəf özünü günahkar digəri isə incinmiş hiss edir.Hər şeyin
Hayır Diyebilme Sanatı
Hayır Diyebilme SanatıMüthiş Psikoloji · Destek Yayınları · 202011,6bin okunma
Reklam
64 syf.
·
Puan vermedi
Küçük Kara Balık
Səməd Behrəngi-"Balaca qara balıq" Siyasi Alleqoriya əsasında yazılmış bu əsər bir balaca balığın hər balıq kimi gündəlik proqramlardan bezmiş olduğunu dilə gətirərək uzaqlaşmaq istəməsindən bəhs edir.Kitab boyu qara balıq qınaqlara çəkilir.Anası tərəfindən "xeyirsiz övlad" kimi qələmə verilir.Balaca qara balıq isə dişini dişinə sıxıb hər şeylə mübarizə aparır.O bu yola çıxmazdan əvvəl geri çəkilməməyi qərara almışdı.O hər kəsi qəflət yuxusundan "oyatmaq"istəyirdi.Təəssüf ki,hər kəs sürü psixologiyası ilə irəriləyirdi.Balaca qara balıq isə öz ağlı ilə təhlükələrdən azad olur,məqsədinə çatmağa can atırdı.. "Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən zənn edərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boşu-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur!" Xoş mütaliələr!
Küçük Kara Balık
Küçük Kara BalıkSamed Behrengi · Optimum Kitap · 201831,2bin okunma
360 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Böğürtlen Kışı
Sarah Jio ilə ilk tanışlığıma səbəb olan kitab-"Böğürtlen kışı".İlk olaraq onu deyim ki, "böğürtlen kışı"fəsildən asılı olmayaraq baş verən ani qar fırtınasına verilən addır.Kitab da bu hadisənin üzərində qurulub,iki yerə ayrılmaqdadır.Bir gün qar fırtınasında işdən qayıdanda oğlunu evdə görməyən Vera Rayın, və qəzetdə müxbir işləyən həmçinin onun da başqa bir səbəbdən uşağını itirməsi hadisəsinin birləşməsindən yaranan kitabdır.Kitabda bölümlər Vera ray,Claire olaraq ayrılmaqdadır. Vera Ray bir oğlu olan Danielin qayğısına qalmaq üçün məcbur olsa belə onu evdə tək qoyub işə gedir.Bir gün oğlu evdə olmur.Polislər isə "evdən qaçıb"damğası vuraraq məsələyə baxmırlar.Amma"3 yaşlı uşaq evdən qaça bilməz"-deyə düşünən Claire hadisəni araşdırmağa çalışır.Və Claire tapdığı hər ipucuda Veraya daha da yaxınlaşır "Kalbinizin derinlerine kadar işleyen acıyı,tek kelimeyle nasıl dile getirirsiniz?"
Böğürtlen Kışı
Böğürtlen KışıSarah Jio · Arkadya Yayınları · 201138,9bin okunma
320 syf.
10/10 puan verdi
·
Beğendi
·
55 günde okudu
"Mənə elə gəlir ki,həyatda hər kəs möcüzə ilə qarşılaşa bilər." "Amma mənim "möcüzəm"başqa idi"-deyirdi Kyu Ceykobsen. Orlando şəhərindəki orta məktəblərdən birində təhsilini başa vurmaqda olan və digərlərinə nisbətən yaxşı oxuyan Kyu Ceykobsen öz qonşusu olan-gözəl,cəsur Marqo Şpiqelmana gizlicə vurulur.Bir dəfə Marqo Kyudan Marqonu təhqir edənlərə qarşı "cəza əməliyyatı"nda kömək istəyir.Səhər 5:55ə qədər bu əməliyyatda iştirak edən Kyu səhər məktəbə gedəndə Marqonun yoxa çıxdığından xəbər tutur.Kitab boyu Marqonun axtarışlarına kömək ola biləcək izlər axtarılır,Kyu və dostları Marqo üçün təhlükəli axtarışa başlayır. "Getmək həmişə ağırdır,çətindir,amma gedənə,yerindən tərpənənə kimidir bu hiss.Sonra görürən ki,bundan asan iş yoxmuş"
Kağıttan Kentler
Kağıttan KentlerJohn Green · Pegasus Yayınları · 20133,300 okunma
306 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
Demə ki,qorxuram(Cüzeppe Katotsella)
8 yaşlı Samiyənin əsas məqsədi qaçmaqdır.Bu fkirlərini dostu Əli ilə bölüşür,Əli isə onu həvəsləndirir.Samiyənin ideal atlet olaraq gördüyü məşhur-Mo Fara kimi ölkəsini bir gün olimpiada təmsil edəcəyinə inanırdı.Samiyə ölkədə qadınlara sərt qanunlar qoyulduğu bir dövrdə dünya səviyyəli atlet olur və 2008də Pekin olimpiadasında iştirak edir.O,artıq 2012-ci ildə London olimpiadasında da iştirak etmək məqsədini qarşısına qoyur.Somalidə isə vəziyyət gündən-günə ağırlaşmaqda davam edir.Samiyə də bir miqrant kimi Aralıq dənizindən keçib Avropaya getmək istəyir.... Kitab boyu Samiyənin enişli-yoxuşlu həyatını görürük.Kitab real hadisələr əsasında,Samiyənin bacısının danışdıqlarına əsasən yazılmışdır.
Demə ki, qorxuram
Demə ki, qorxuramGiuseppe Catozzella · Teaspress Nəşriyyatı · 201858 okunma
272 syf.
10/10 puan verdi
·
7 günde okudu
Leyla ile Mecnun (Burak Aksak)
Eyni gündə,eyni xəstəxənada dünyaya gəlmiş Leyla və Məcnun obrazlarının sevgisindən bəhs edən,maraqlı,bəzi yerlərdə isə sizi qəhqəhələrə boğacaq bir kitabdır."Yarımçıq qalmış hər hekayənin tamamlanmağa ehtiyacı var"fikrinin əyani sübutu idilər.Bəs bu dəfə onlar qovuşacaqlar?Yoxsa yenə gözlər səhrada açılacaq?
Leyla ile Mecnun
Leyla ile MecnunBurak Aksak · Küsurat Yayınları · 201815,6bin okunma