Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.
Gəldi şurə dedi: - Ey şə`mi-şəbistanım oğul,
Yetmədin kami-muradə məhi-tabanım oğul,
Həşrətək dildə qalıb çıxmadı bu canım, oğul,
Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə.
Ey səba! Bircə əs, ol zülfi-pərişanı dağıt,
Xanimani-dili-viraneyi-Leylanı dağıt,
Dili–viraneyi–Leyla kimi dünyanı dağıt,
Qoyma düşsün dəxi ol zülfi-səmənsa üzünə.
Çün kənar etdi səba zülfi-şikən pürşikəni,
Görünüb xaşimi xalilə xətu vəlhəsəni,
Məhv olub cümləsi, tökdülər dəfi-dairəni,
Bir baxıb Əkbərə, bir baxdılar Leyla üzünə.
Qaşların tağı, oğul süreyi-Yasin oxuyur,
Baxsa hər kim üzünə, ayeyi-Təhsin oxuyur,
Əhli-Qur`andu bular, cümləsi “Ta-sin” oxuyur,
Necə çəkidlər qılınc, məzhəri – “Ta`ha” üzünə.
Dedilər: - Kimdü bu övrət bizi nalan eləyən,
Yoxsa Leyladu bu Məcnun kimi əfqan eləyən,
Səni, ey tazə cavan, qanına qəltan eləyən,
Necə məhşərdə baxar həzrəti-Zəhra üzünə?
Etdilər cahi-zənəxdanına həsrətlə nəzər,
Zər xirid olmaq üçün bir-birinə verdi xəbər,