Və mən bilirəm... Bilirəm ki, yollarımız ayrılsa, aramızda məsafələr olsa, ömür boyu bir-birimizi görmədən yaşasaq, xatirələr yaddaşımızdan silinib getsə və ən nəhayət, bu dünyadan köçsək də, ruhumuz ədəbiyyətən birlikdə olacaq!...
Mən xatirələr içində itib-batanda, "Unutmalıyam" deyə-deyə sənli bağlı ən xırda nüansı xatırlayıb əsl tapıntı kimi sevinəndə: "Görəsən, sən heç xatırlayırsanmı?" - deyə düşünürəm. Doğrudan, xatırlayırsanmı? Əlbəttə,xatırlayırsan, amma necə? Adi adam kimimi? Köhnə tanıdığın kimimi? Yoxsa mən istəyən kimi? Bəs necə?! Cavab yoxdur...
Əgər mən kişi olsaydım, arvadım barədə məhv belə düşünərim. Deyərdim ki, istəyir lap minlərlə kişi baxıb ürəyindən keçirsin, lakin arvadım tək məni sevsin, tək mənə məxsus olsun…