5/10
·160 syf.··
2026 46. kitabı
·
9 saatte okudu
·
Okunma: 10 Haziran 2026 22:03
"-Sənin bədbəxtliyin orasındadır ki, gələcəyini görə bilmirsən. - Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik. Bir qədər susaraq əlavə etdim: - Gələcək isə, həyat deməkdir. Ona göre də, biz ayrılmalıyıq. Sağ ol! Mən çamadanı götürüb qapıdan çıxdım" bu cümlələr kitabın son sətirləridir, ümumiyyətlə situasiyalarla bağlı başıma gələnləri bölüşməyi sevirəm, sırf bu cümlələrin reallığına keçən il varmışam, bir rəfiqəmin münasibəti var idi və mən heç dəstəkləmirdim, nə qədər dil tökdüm, o, bu, nəticə olaraq mənə çevrilib dedi ki, bilirsən mən niyə bu münasibətdən əminəm? dedim, niyə? dedi çünki biz gələcəyə eyni gözlə baxırıq, xəyallarımız eynidir, eyni şeylərə görə mübarizə aparırıq və mən bu gələcəyə onunla addımlamaq istəyirəm, o an etibari ilə susdum, həqiqətən bunun necə doğru olduğunu düşündüm, eyni yerə addımlamırsınızsa bir yerdə yola çıxmağınızın nə mənası? p.s. evləndilər
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0742 okunma
8/10
·494 syf.··
Beğendi
·
2026 10. kitabı
Klassik Türk ədəbiyyatında iz qoymuş realist yazar Orxan Kamalın Yad Qızı romanını oxuyub bitirdim. Əsər Nazan adlı sadəlövh bir gənc xanımın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Yazar öz əsərində reallığın ən acı yönlərini, həyatın zəif xislətlilərə qarşı tətbiq etdiyi əzici gücü və mühitin onlar üzərindəki böyük təsirini olduqca aydın şəkildə nümunələndirir. Müəllif öz əsərində vurğulamağa çalışır ki, insan hər cür çətinliklərə və hər növ mühitə düşə bilər, ancaq yaşananların və ətraf-mühitin onun üzərindəki təsirində isə, həmin insanın öz xarakteri böyük rol oynayır. İnsan, ona yönələn zərbələr qarşısında zəiflik göstərdikcə, hər keçən gün bu zərbələrin həcmi də böyümüş olur. Odur ki həyat, qaynanası Həcər tərəfindən ailəsi dağıdılan fağır Nazanı, ağlına belə gətirmədiyi saysız çirkinliklərin içərisinə yuvarlayır. Halbuki Nazan, güclü bir iradə sərgiləyərək həyatını tamam fərqli bir yöndə də inşa edə bilərdi.((( Nazan xarakteri məni həm üzdü həm çox əsəbləşdirdi. Bir qadın necə key, sadəlöv olar.? öz həyatında heç bir söz haqqı olmayan qadının başına gələn hər şey öz sakitliyi və hər şeyə "hə" deməsinə görə olur. Bir növ qarşısına qoyulan hər şeylə razılaşan Nazan ona biçilən həyatı yaşayır.Taleyi ilə barışır və bütün olanlara alın yazısı kimi baxır. SPOİLER: Nazan təhsilsiz, evinə, yoldaşına, oğluna və ən əsası zamanın qayda-qanunlarına, ədalətsiz cəmiyyətin qanunlarına tabe bir insandır. Vəkil yoldaşı Məzhəri çox sevsə də, qayınanasının qorxusu ucbatından sevgisini göstərməkdən çəkinir. Gün ərzində yalnız qulluqçu kimi ev işlərini Nazan zamanla ərinin özündən uzaqlaşmasına səbəb olur. Məzhər, yoldaşının bu halını görür və klub qadını olan Jaləyə könül verir. Jalə yüngül əxlaqlı qadın olsa da, Nazanın halına acıyır və onun evdən qovulmasına səbəb olan
Yad QızıOrhan Kemal · Qanun Nəşriyyatı · 200915,1bin okunma
Reklam
Puan vermedi·264 syf.··
2026 1. kitabı
Rövşən Abdullaoğlu - "Üzləşmə" Rövşən Abdullaoğlu yaradıcılığına bələdliyim mənə hər dəfə yeni bir fəlsəfi qapı açır. Müəllifin daha əvvəl oxuduğum 'Bu Şəhərdə Kimsə Yoxdur' və 'Relslər Üzərində Uzanmış Adam' əsərləri kimi, əlimdəki üçüncü kitabı — 'Üzləşmə' də ilk səhifələrindən öz dərin məna yükü və psixoloji qatları ilə seçilir. Bu əsəri digər romanlardan fərqləndirən və onun süjet xəttini unikal edən əsas cəhət odur ki, kitabda klassik mənada heç bir qəhrəman yoxdur. Müəllif elə bir mühit və elə bir hadisələr zənciri qurub ki, kitabın baş qəhrəmanı elə biz özümüzük. Oxucu sadəcə bir hekayəni kənardan izləmir, hadisələrin tam mərkəzinə atılır. Əsərdəki əsas konflikt iki personaj arasında deyil, insanın öz keçmişi, qorxuları, peşmanlıqları və maskaları arasındadır. Süjet irəlilədikcə bu qarşıdurma daha da kəskinləşir. Süjetin ən pik nöqtəsi insanın güzgüdə öz həqiqi simasını görməyə məcbur qaldığı andır. Müəllif hadisələri elə idarə edir ki, qaçmağa heç bir gizli qapı qalmır. Çünki həyatımızın müxtəlif dönəmlərində, müxtəlif situasiyalarında qarşılaşdığımız hadisələr bizi individual olaraq həm özümüzü tapmağa, həm də baş verənlərə adekvat cavab verməyə məcbur qoyur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, əsərin gücü yalnız onun fəlsəfi fəhmində deyil, həm də metodologiyasındadır. Müəllifin fərqli sitatlarla zənginləşdirdiyi, hər paraqrafın sonunda bizə ünvanladığı suallar və işləməli olduğumuz cədvəllər əsərin nəzəri biliklərini təcrübəyə çevirir. Bu interaktiv bələdçi hər birimizin öz daxili dünyası ilə üzləşməsində əvəzedilməz bir rol oynayır.
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
Abdul oğlunun məntiqsiz kitabı.
Puan vermedi
Rövşən Abdul oğlu üzləşmə, mən yeməli deyiləm kitabları yaza bilirsə necə olurki bunun kimi sadə heç bir fəlsəfəsi olmayan kitab yazır mən yaxşı bir tənqid edirəm pis başa düşməyin yəni kitabı oxudum bitirmekde o qədər vaxt almadı amma digər kitablarınızdan əsər əlamət yox idi. Oxuduğuma peşman oldum. Uşaq əsəri idi ya deyildi bilmirəm amma uşaq eseride olsa çox mənasız idi yəni mən relsler üzərində uzanmış adam əsəri kimi hətta mənə görə ən yaxşı eseriniz olan kitabdan çox gözləyirəm sizi sevirəm Rövşən abii Rövşən Rövşen AbdullaoğluRövşen Abdullaoğlu
Baramada Gizlənən OğlanRövşen Abdullaoğlu · Dostum Nəşriyyatı · 202537 okunma
İlk dəfə Dostayevski oxumaq.
Puan vermedi
2026 nəşri ilə aldım və dostayevskiye başladım bu kitab ilə bəlkə 15 yaşımda bunu oxumamaliydım amma çox yaxşı yazılmış əsər idi mənə elə gəlirdi ki fyodru çox böyüdürlər amma düzdə edirlər bir insan bu kitabları yaza bilməz onun düşüncəsi indiyə qədər olan bütün insanlardan üstündür amma yazıçı olaraq sadəcə rusiyanı başa salması onu pis edir tolstoy kimi dünyaya açıq əsərlər yazsaydı daha yaxşı olardı amma nə deyək bununla belə Tolstoy onun səviyyəsinə çata bilməz.
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2025102bin okunma
Puan vermedi·328 syf.··
2026 22. kitabı
·
13 günde okudu
·
Okunma: 10 Haziran 2026 17:02
McFadden oxuyanda artıq heç kimə inanmıram. Çünki onun kitablarında görünənlə həqiqət heç vaxt eyni olmur. "İş yoldaşı" İtkin düşən bir iş yoldaşı, tapılan e-poçtlar, şübhəli yazışmalar və hamının ittiham etdiyi tək bir nəfər — Natali. Hər səhifədə fikrinizi dəyişəcək, hər detal sizi başqa istiqamətə aparacaq. Mən sonluğu təxmin etdiyimi düşünürdüm, amma McFadden yenə öz oyununu oynadı. Bu kitab bir daha sübut etdi ki, insanları tanımaq heç də asan deyil...
İş ArkadaşıFreida McFadden · Olimpos Yayınları · 20251,823 okunma
Reklam
Reklam