Puan vermedi·208 syf.··
2026 15. kitabı
·
11 günde okudu
·
Okunma: 09 Haziran 2026 18:04
Bəzən insanın qarşısındakı ən böyük maneə şərait deyil, öz içindəki tərəddüd olur. Kitab mənə yeni yanaşmalar öyrətmədi, amma bildiyim bəzi həqiqətləri unutduğumu xatırlatdı. Həyatın müxtəlif dövrlərində o qədər düşünür, o qədər gözləyirik ki, addım atmağın özünü unuduruq. Halbuki çox vaxt qaçırdığımız fürsətlərin səbəbi bacarıqsızlığımız deyil, tərəddüdümüz olur. Müəllifin qələmində ən çox bəyəndiyim cəhət fikirlərini nəzəri izahlarla deyil, həyatın içindən gələn nümunələrlə əsaslandırması oldu. Oxuduqca insan özünü analiz edir, hansı məqamlarda geri çəkildiyini, hansı fürsətləri sadəcə cəsarət etmədiyi üçün əldən verdiyini düşünür. Mənim üçün “Çəkinmə, addım at” motivasiya kitabından daha çox bir xatırlatma idi. Həyat mükəmməl anı gözləyənlərə yox, ilk addımı atanlara yol açır. Bəzən insanın həyatında böyük dəyişiklik yaradan şey uzun planlar deyil, vaxtında atılmış kiçik bir addım olur. Bu kitabı bitirdikdən sonra məndə qalan əsas fikir belə oldu: həyat, planlaşdırdıqlarımızdan çox, həmin planlar üçün atdığımız real addımlardan ibarətdir. #stivçendler #çəkinməaddımat
Çəkinmə, Addım AtSteve Chandler · Parlaq İmzalar · 20251 okunma
Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu. Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir. Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir. Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq. Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024318 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·223 syf.··
Beğendi
·
2025 21. kitabı
·
50 günde okudu
·
Okunma: 26 Ağustos 2025 00:00
Bu kitab haqqında ilk deyəcəyim şey odur ki, həqiqətən çox bəyəndiyim kitablardan biri oldu. Onu həyatımın bir az çətin və qaranlıq dövründə kəşf etdim və oxumağa başladım. Düşünürəm ki, kitabın mənə bu qədər təsir etməsinin səbəblərindən biri də məhz həmin vaxt qarşıma çıxması idi. Oxuduqca hiss etdim ki, kitab insanın özünü daha yaxşı tanımasına və həyata fərqli gözlə baxmasına kömək edir. Ümumiyyətlə, Louise Hayın kitablarını həmişə motivasiyaedici və faydalı hesab etmişəm. Bu kitab da məndə eyni təəssüratı yaratdı. Gələcəkdə müəllifin digər kitablarını da oxumağı düşünürəm. Şəxsi inkişaf mövzusuna marağı olanlara isə bu kitabı tövsiyə edirəm.
Sən Həyatını Yaxşılaşdıra BilərsənLouise L. Hay · Teas Press · 2018172 okunma
9/10
·496 syf.··
Beğendi
·
2026 61. kitabı
·
15 günde okudu
·
Okunma: 03 Haziran 2026 00:00
"Qürur və Qərəz" çox maraqlı bir əsərdir. Mən kitabı oxumazdan əvvəl onun filminə baxmışdım. Belə bir qənaətə gəlmişəm ki, film keyfiyyətli çəkiləndə əvvəlcə ona baxıb, sonra kitabı oxumaq daha yaxşıdır. Bu halda hər ikisindən də zövq alırsan. Filmin gözəl ab-havası var idi və məndə çox xoş təəssürat yaratmışdı. Kitabı oxuyanda da film və oradakı obrazlar birbaşa gözümün önündə canlanırdı. Xoşbəxt sonluqla bitən əsərlərin yeri bir başqa olur. Çünki insana tamamlanmışlıq hissi verir və geridə nə yarımçıqlıq hissi, nə də kədər izi qalır. Süjet boyu müxtəlif mərhələlərdən keçdikdən sonra, sonda hadisələr elə cərəyan edir ki, hər şey gəlib tam yerinə oturmuş olur. Əsərdə o dövrün ingilis cəmiyyəti, insanların düşüncə tərzi və mədəniyyəti çox yaxşı işlənib. Kitabı oxuduqca istər-istəməz həmin dövrün İngiltərəsinə səyahət etmiş olursan. "Qürur" və "Qərəz" anlayışlarına gəldikdə isə, qısa desəm, bu anlayışlar Mister Darsinin Hertfordşir qraflığına gəlişi və oradakı davranışlarının Elizabet və onun ailəsində doğurduğu düşüncələrdən formalaşıb. Onlar Mister Darsini qürurlu hesab edirdilər və bu səbəbdən də ona qarşı qərəzli yanaşırdılar. Hadisələrin gedişatı boyunca isə bu qürur və qərəzin zamanla necə aradan qalxdığını görürük. Görünən odur ki, bir insan haqqında sahib olduğumuz doğru biliklər artdıqca, mühakiməmiz də daha düzgün olur. Özünəməxsus aurası olan bu kitab mənim yaddaşımda xoş bir xatirə kimi qalacaq. Jane Austen Qürur və Qərəz
1000Kitap
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 097,8bin okunma
“Səni sevirəm, çünki sənə ehtiyacım var”
8/10
·218 syf.·
2026 9. kitabı
“Səni sevirəm, çünki sənə ehtiyacım var. Sənə ehtiyacım var, çünki səni sevirəm.” (Erich Fromm) Bu kitaba rəy yazmağı çox istəyirdim, amma kitab özü deyiləcək hər şeyi o qədər aydın ifadə etmişdi ki, nə obrazları tədqiq etmək, nə də hekayəsindən bəhs etmək marağımı çəkmədi. Amma sırf hekayəsini “özümküləşdirmək” üçün qısa da olsa, fikirlərimi yazmaq istəyirəm. Skandinav ölkələrinin soyuq iqliminin sakinlərinin münasibətlərinə də əks olunduğunu bilirik. Azərbaycan modelindəki ailədə böyümüş insanlar üçün başqa mədəniyyətin ailə strukturu qəribə gəlir. Bunu bilirsiniz nəyə oxşadıram, məsələn, ilk dəfə dostunuzun evinə getmisiniz, ailəsiylə vaxt keçirirsiniz. Görürsünüz ki, ailə modelləri bir-birindən nə qədər fərqlidir. Həqiqətən də, Tolstoyun dediyi kimi “bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.” Çoxumuzun ailəsi elə bir cür bədbəxt olduğu üçün başqasının xoşbəxtliyinin özü də zidd gəlir adama. Fərqlidir, “normal” deyil, qəribsəyirsən, amma əsas onu görürsən ki, mövcuddur, belələri də var imiş. Başqa mədəniyyətlərin ailə daxili münasibətləri barədə oxuyanda və ya nəyəsə baxanda eynilə o hissi keçirirəm. Bu kitab da məndə kiminsə evinə gizlincə girib qapının arasından içəri boylanırmış hissiyyatı vermişdi. Ən bəyəndiyim şeylərdən biri Yana obrazının özü idi. Harrietlə Oskarın münasibətindəki çatların uşağa yansıdılmasının onun gələcəkdəki xarakterinə, şəxsi münasibətlərinə, hətta görünüşünə və sağlamlıq problemlərinə əks olunmasının təsvir edilməsi əsəri emosional intellekt cəhətdən güclü edir. Həmçinin, hər obrazın perspektivindən müəyyən qədər oxuyub görmək imkanı olduğu üçün daha yaxşı empatiya qura bilir, onları qınamaqda çətinlik çəkirdim. Təkcə Oskar barədə daha çox oxumaq istəyərdim. Kitabda Harrietin ciddi
Malma StansiyasıAlex Schulman · Fabula Kitab · 20255,4bin okunma
4/10
·544 syf.··
2026 84. kitabı
·
21 saatte okudu
·
Okunma: 24 Mayıs 2026 14:51
Bu kitab mənim fantastik janra atdığım ilk addım idi. Bilərəkdən böyük, ağır və beynimi yoracaq bir dünya seçməmişdim; məqsədim sadəcə yumşaq bir keçid etmək, bu janrın dadını xəfifcə hiss etmək idi. Bir Wattpad kitabı seçərkən gözləntilərimi çox yüksək tutmamışdım, bəli, amma kitabın son səhifəsini bağlayanda içimdə qalan o qəribə boşluq hissini də heç gözləmirdim. Əslində hər şey mənim üçün ən vacib olan yerdə — hekayənin tam başladığı nöqtədə qırıldı. Baş qəhrəmanın heç bilmədiyi bir kitab kainatına düşdüyü anı, o ilk saniyələrdəki şoku, qorxunu, çarəsizliyi və o dünyaya uyğunlaşmaq üçün verdiyi mübarizəni oxumaq, onunla birlikdə sarsılmaq istəyirdim. Amma yazıçı bizi birbaşa keçiddən üç il sonraya atdı. Halbuki oxucu ilə xarakter arasında o qırılmaz bağı quracaq ən dəyərli mərhələ məhz o ilk anlar idi. O sehrli keçid yazılmadığı üçün, sanki hekayənin ruhu lap başdan yarım qalmışdı. Zaman keçdikcə qızın "ana hekayəyə təsir etməmək" üçün davamlı özünü geri çəkməsi, hadisələrdən qaçması məni yormağa başladı. Bu qaçış hekayəyə sirr və ya maraq qatmadı, əksinə, bütün enerjini aşağı saldı. Mən qorxub gizlənən deyil, öz cığırını açan, səhvlər edən, taleyə meydan oxuyub hekayəni dəyişdirən cəsur bir qəhrəman oxumaq istəyirdim. Ən böyük xəyal qırıqlığım isə o "pis" xarakter oldu. Kitab boyu qulağıma davamlı olaraq onun nə qədər təhlükəli, nə qədər amansız olduğu pıçıldandı. Amma mən bunu bircə an belə hiss edə bilmədim. Çünki bizə onun qorxulu tərəfləri göstərilmədi, sadəcə "o pisdir" cümləsi təkrarlandı. Bir xarakteri dərin etmək üçün təkcə sözlər bəs etmir axı... Ümumiyyətlə, kitabda xarakterlərin iç dünyası o qədər zəif işlənmişdi ki, münasibətlər ön planda olsa belə, o duyğuların səmimiyyəti mənə keçmədi. Ən acınacaqlısı isə o idi ki, fantastik kainat sadəcə cansız
Yan Karakter 1Sareinn · Guardian Yayınları · 2026143 okunma