Mən özümü və başqasını obyektiv tanımalıyam ki, onun əslində necə olduğunu öyrənim və ya əksinə, məndə onun barəsində olan yanlış təəssüratdan azad olum. Yalnız bu obyektiv təsəvvürü özüm üçün yaratdıqdan sonra mən insanın məhəbbətdə olan ən məxfi mahiyyətini dərk edə bilərəm.
- Başını çiynimə qoymuşdu, - səssizliyi pinəçi özü pozdu. - Gedəcəyimi bilirdi və qorxurdu. Ancaq mən bir damcı da qorxmurdum. Məni Şimal qülləsinə aparmağa gələndə üstümdən bu saçları tapmışdılar. Xahiş etdim, onlara toxunmasınlar və icazə versinlər ki, məndə qalsın. Dedim, bu saçlar onsuz da buradan qaçmağıma kömək edə bilməz, əvəzində isə heç olmasa, ruhumun dinclik tapmasına yardım edər.
Həqiqəti yalnız həyatın özündə tapmağın mümkün olduğuna əminliyim məndə öz yaşayış tərzimin doğruluğuna şübhə hissi oyatdı. Məni xilas edən o oldu ki, özümün müstəsna olduğuma dair düşüncələri yırtıb, sadə işçinin, zəhmətkeş əməkçi xalqın həyatını görərək bunun əsl həyat olduğunu anladım. Başa düşdüm ki, həyatı, onun mənasını bilmək istəyirəmsə, bir parazit kimi ömür sürmək yox, əsl həyatı yaşamaq, onunla qaynayıb - qarışmış həqiqi insanlığın bu həyata verdiyi mənanı qəbul etmək, onu təcrübədən keçirmək lazımdır.
Beləcə yaşayırdım. Lakin beş il bundan əvvəl məndə çox qəribə şeylər başladı: əvvəlcə bir neçə dəqiqəliyinə çaşqınlığa düşürdüm - sanki həyat dayanır, necə yaşamalı olduğumu, nə edəcəyimi bilmir, özümü itirib ümidsizliyə qapılırdım. Ancaq bu hal ötəri idi və mən əvvəlki kimi yaşamağa davam edirdim. Sonra bu çaşqınlıq anları həminki formada və daha tez-tez təkrarlanmağa başladı. Və həyat bu cür dayanarkən həmişə eyni suallar yaranırdı: Nə üçün? Yaxşı, bəs sonra?
Əvvəlcə mənə elə gəlirdi ki, bunlar elə-belə, məqsədsiz, yersiz suallardır. Sanırdım ki, bunlar hamısı məlum şeylərdir və bu suallara cavab tapmaq istəsəm, elə də əziyyət çəkmərəm. Sadəcə indi bunlari ayırd etmayə vaxtım yoxdur, həvəsim olanda məşğul olub cavab taparam. Ancaq bu suallar daha tez-tez məni narahat etməyə, yaxamdan yapışıb cavab tələb etməyə başladı. Hamısı da nöqtələr kimi eyni yerə düşür, cavabsız sualların bir yerə yığılıb qara ləkəyə çevrilirdi. Ölümcül daxili xəstəliyə tutulan adamların başına gölənlər mənə də üz verirdi. Əvvəlcə əhəmiyyətsiz naxoşluq əlamətləri peyda olur, xəstə isə bunlara elədə fikir vermir. Daha sonra bu əlamətlər getdikcəşiddətlənərək fasiləsiz davam edən əzablara çevrilir. Əzablar çoxalır və az sonra xəstə anlayır ki, onun çaşqınlıq hesab etdlyi şey, əslində, onun həyatında dünyada mövcud olan hər şeydən çox əhəmiyət daşıyır - bu, ölümdür.