Burada heç bir şübhə yoxdur ki, ürəksizlik və heç bir şəxsi təşəbbüsün olmaması, bizdə işgüzar və bacarıqlı adamın daim ən əsas və ən yaxşı əlaməti hesab olunurdu, hatta indi da belə hesab edilir. Hərgah bu rəy ittiham hesab edilirsə, onda, ancaq özünü təqsirləndirmək nə üçündür? Orijinallığın olmaması hər yerdə, bütün dünyada, qədimlərdən bəri həmişə işgüzar, bacarıqlı və işbilən adamın birinci keyfiyyəti və ən yaxşı zəmanət hesab edilirdi; hər halda, yüz adamdan doxsan doqquzunun (bu artıq, hər halda, belədir) fikri və rəyi belə olmuşdur. yalnız adamların yüzdə biri bu məsələyə daim ayrı cür baxmışlar və ayn cür də baxırlar.
Ixtiraçılar və dahilər, demək olar, həmişə öz fəaliyyətlərinin baş lanğıcında (çox vaxt da axırında) cəmiyyətdə ancaq axmaq hesab edilirdilər. Bu, hamıya artıq dərəcədə məlum olan ən mühafizəkar fikirdir. Məsəl üçün, hərgah on illər ərzində hamı öz pulunu lombarda aparırdısa və oraya dörd faizlə milyonlarla pul daşınıbsa, məlum məsələdir ki, lombard ləğv ediləndə hamı öz şəxsi təşəbbüsünün ümidinə qaldı. Beləliklə də, bu milyonların çox hissəsi səhmdarlıq çaxnaşmasında və fırıldaqçıların əllərində mütləq məhv olmalı idi. Bunu, hətta ədəb və əxlaq qaydaları tələb edirdi. Məhz əxlaq qaydaları, hərgah, əxlaqlı və ürəksiz olmaq və ədəbli olub orijinal olmamaq, hamı tərəfindən qəbul olunmuş əqidəyə görə bizdə bu vaxta qədər işgüzar və ləyaqətli adamın həqiqi keyfiyyəti hesab edilirdisə, onda qəflətən əmələ gələn kəskin təbəddülat haddan artıq ədəbsizlik və hətta şərəfsizlik olardı. Məsəl üçün, öz balasını zərif məhəbbətlə sevən hansı bir ana, oğlu yaxud qızı öz cığırından azca kənara çıxsa, vahiməyə düşüb, qorxudan naxoşlamaz, hər bir ana öz balasını yırğalayanda belə düşünür: "Yox, yaxşısı budur, qoy xoşbəxt olub, firavan yaşasın, orijinallıq lazım