İnsan nə dərəcədə soyuqqanlı olmalıdır ki, gözünün qarşısında qanına bələnmiş, bədəninin əzələlərinin cırılmasına kimi şallaqlanan insanları görəndə mərhəmət, qəzəb və maraq hissini büruzə verməsin? Adam bu elmi yaxşı öyrənmişdi.
Hər bir zorakılıq cəmiyyət tərəfindən əlverişli bir zərurət kimi qarşılandıqda və hər bir mərhəmət, şəfqət aktı, məsələn, bəraət hökmü cəmiyyətdə bir sıra narazılıq və intiqam hisslərinə səbəb olduqda ədalət haqqında düşünmək gülünc olmazdımı?