Raymond Moudi - Həyatdan sonrakı həyat
"..Misal üçün, bir qadın bədəndənkənar təcrübədən sonra daim öz təhsilini təkmilləşdirməyə çalışır. Başqa bir kişi belə bir məsləhət verir: "Neçə yaşınız olmasından asılı olmayaraq, oxumağı, öyrənməyi dayandırmayın. Məncə, təhsil əbədiyyətə qoşulan bir prosesdir.."
Hayata Dair
Eyni sözü iki fərqli insana söylə: biri bunu vecinə almaz, digəri isə günlərlə düşünər. Sözü dəyişən yoxdur, təsiri dəyişən isə zehndir. Bu qədər asan narahat olma. Sənə deyilən sözlər və ya sənə qarşı göstərilən davranışlar daxili rahatlığını alt-üst etməməlidir. Səni narahat edən şey başqalarının dedikləri deyil, həmin sözləri nə dərəcədə ciddiyə aldığındır. İnsan təbiəti etibarilə özü ilə uzlaşmayan və ya nüfuzunu təhdid edən hər şeyi tənqid edir. Lakin bu tənqidlər nə etdiklərimizin, nə də edəcəklərimizin qarşısında heç vaxt maneə ola bilməz. Əsl maneə, başqalarının fikirlərinə verdiyimiz həddindən artıq əhəmiyyətdir. İnsanlar özlərinin bacarmadıqlarını başqasının cəsarətlə etməsinə iki cür reaksiya verirlər: çox az bir qisim təbrik edir, böyük əksəriyyət isə daxilən qısqanclıq və nifrət hissi keçirir. Narahatlıq kənardan gəlmir; narahatlıq sənin verdiyin reaksiyadır. Hər fikrə cavab tapmağa çalışma. Çünki insanların düşüncələrini dəyişdirməyə cəhd etmək, boş bir qabı “su” deməklə doldurmağa bənzəyir. Unutma ki, həyat səhv edərək təcrübə qazananları mükafatlandırır. Və həyat yolunda evindən heç vaxt kənara çıxmamış insanlardan məsləhət alma.
Reklam
Xalqa bildirmək lazımdır ki, nə qara var, nə də ağ. Çünki qarada ağ, ağda da qara vardır. Ona görə də məsləhət görürəm: gəlin elə bir iş görməyək ki, dünyada kimsəyə zərər dəysin. Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və hər ruh da bizim bir parçamızdır.
Bu elə bir dərin quyu ancaq çıxa bilərsən özün, Həyatın elə bir anı yox məsləhət, dost ya çözüm Həyatın elə bir yolu ki, yox işarə, yoxdur başa salan, Çünki sənsən birinci, çünki sənsən ilk bu yolu salan. Qaraqan
Müzik
Kitab haqda fikirlərim
Çox gözəldir ilk öncə insanı özünə çəkir oxuduqca oxumaq isdəyirsən axıcılığ əla dialoqlar çox yaxşıdır sonunu düşünürsən ki nə olacağ bir sözlə əladır Hər kəsə oxumağı məsləhət görürəm yazara uğurlar
Səməd Vurğun və Dürrə xanım...
Deyirlər ki, hər bir böyük şəxsiyyətin həyatında onu nəaliyyətə aparan bir hadisə və ya sarsıntı olur. Səməd Vurğun üçün bu hadisə – Dürrə idi. Səməd Vurğun gəncliyində Dürrə adlı bir qızı sevib. Onlar Qazax Seminariyasında oxuyur, üstəlik eyni evdə də qalırdılar. Belə ki, Dürrənin atası Əsəd xozeyinin Qazaxda ikimərtəbəli mülkü var idi. Əsəd xozey anasını itirəndən sonra Səməd və qardaşı Mehdixanı öz evinin aşağı mərtəbəsində yerləşdirib, sığınacaq verib. Çünki Əsəd xozeyinin əmisi qızı Nabat xanım Səməd Vurğunun babasının birinci arvadı olmuşdu. Beləliklə, Səməd Dürrə ilə bir yerdə böyüyüb, təhsil almışdı. Nabat xanım cavan vəfat etdikdən sonra Mehdixan Vəkilov Aişə xanımla evlənmişdi və 1918-ci ildə Salahlıdan Qazaxa köçən Aişə xanımla nəvələrinə - Səməd və Mehdixana Əsəd xozeyin evində yer vermişdi. Səməd Dürrəni dəlicəsinə sevməyə başlamışdı. Dürrə də bu sevgiyə biganə deyildi. O, bizim qızlara məxsus olan utacaqlıq və həya pərdəsi altından Səmədin üzünə gülür, nazlanırdı. Səmədi hamı danlayırdı. Baş tutmaz sevdadan əl çəkməyi, "öz tayını" tapmağı məsləhət görürdülər. Lakin inadkar və cürətli olan bu şair öz məhəbbətindən dönmək fikrində deyildi. Səməd qızın etinasızlığından (bəlkə də valideynlərinin və yaxınlarının təsiri altında) və töhmətlərdən, sanki, mənəvi həzz alırmış kimi uğursuz sevgi yollarında mübarizəni davam etdirirdi. Dürrənin valideynləri qızlarını varlıların və ya vəzifə sahiblərinin birinə vermək həvəsinə düşmüşdülər. Dürrəni o illərdə Qazax Firqə Komitəsinin katibi Heydər Zeynalov da sevirdi və Dürrə də vəzifəsi, maşını, var-dövləti olan Heydəri seçir. Aradan illər keçir… Məşhurluğun zirvəsində olduğu illərdə təşkil olunan poeziya gecələrinin birinə həm Dürrə xanım və həyat yoldaşı, həm də Səməd Vurğun dəvət edilir. Dürrə və Heydər məclisə
Reklam
Reklam