Hector Garcia & Francesc Miralles -İkigai (Yaponların uzun ve mutlu yaşam sırrı) kitabını oxuyub bitirdim.
Kitabın əsas məzmunu İkigai termini yaponcadan tərcümədə “həyatın səbəbi / yaşama səbəbi” mənasını verir. Onlar Okinavanın uzunömürlü icmalarından, gündəlik vərdişlərindən və daha sonra ikigainin praktiki elementlərindən—nəyi sevdiyin, nəyi yaxşı bacardığın, insanlara nə fayda verdiyin, nə üçün pul ala biləcəyindən danışırlar.
İkigai- səhər oyanmaq üçün məqsəddir, yaşam amacıdır, həyata tutunma nədənidir. Yaponlara görə hər kəsin ikigaisi olmalıdır. Vacib deyil bu işidir, həyatıdır, hobbiləridir.Əsas məqsəd insanı həyata bağlayan nəsnədir. Əgər bir insanın səhər oyanması üçün səbəbi varsa o insan yaşayır deməkdir.
Səhər oyanıb yeni günü salamlamaq, ətrafındakı insanlara görə şükür etmək, dostlarına, ailənə, işinə, həyatına, övladına, yaşama səbəblərinə görə şükür etmək yaponlara görə ömrü uzadan faktordur.
Bunu gündəlik rutin halına gətirib hər səhər edirlər. Həm təşəkkür edirlər, həm də çalışıb həmişə gülümsəyirlər. Gülümsəmək də ömrü uzadan amillər sırasında sadalanır.Yəni nə olursa olsun çətinliklərdən sonra da dimdik dura biliriksə ancaq gülümsəməliyik.
Digər hallar da var.Qidaya çox önəm verirlər.Az yemək, daha çox tərəvəzdən istifadə eləmək, süfrədən tox qalxmamaq, daima hərəkətdə olmaq, yüngül idmanlar eləmək, çoxlu gəzmək və təbiətlə təmas bu xalqın uzun yaşam sirridir.
Kitab çox motivasiya doludur. Çox faydalı idmanlar məsləhətlər var.
İnsan düşüncələri ilə bütün həyatını idarə edir və dəyişir. Evrenə ancaq müsbət enerji ötürür və o enejini geri alır.İnsan təşəkkür edir. Mən həmişə deyirəm.Təşəkkür neməti çoxaldır.Hətta ən pis hadisə vaxtı da təşəkkür etmək lazımdır.Yaradana inam, hər şeyin onun əlində olmasına güvənmək lazımdır. Buna Tanrı, Evren,