Gənc yazarlar ittifaqında tanış olduğum, dəyərli Samir Turanın “Zona” romanını bitirdim. Fikrimcə Samir Turanın “Zona” romanı Azərbaycan fantastikasında yeni nəfəs, fərqli düşüncə axını gətirən əsərlərdəndir. Hər nə qədər bu janra yad olsamda bu əsər məni bu fikrə gətirdi. Çünki, yazıçı oxucunu adi bir məkan təsvirindən çıxararaq, sirli və qeyri-realist bir aləmə salır. Əsər zahirən kosmik və mistik hadisələrdən bəhs etsə də, mahiyyət etibarilə insanın ruhi labirintinə, onun qorxularına və varoluş mübarizəsinə enir.Roman klassik elmi-fantastik başlanğıcla açılır: qəhrəman yad, anlaşılmaz bir yerdə gözünü açır, kim olduğunu və necə gəldiyini bilmir. Tomi ilə bərabər oxucu da yaddaşsız, istiqamətsiz bir səyahətə çıxır. Bu, oxucuda dərhal maraq oyadır. Ardınca isə hadisələr sanki “Survivor” atmosferində davam edir: mağara, ocaq, qəribə təbiət hadisələri, fırtına, sükut, sirli qaydalar... Çevrə və Zona adlanan yerlər təkcə coğrafi məkan deyil, həm də insan şüurunun sərhədlərini təmsil edir. Burada hər şeyin öz qanunu var, xüsusilə də “sükut qanunu” – danışmağın cəzalandırıldığı, səssizliyin hökm sürdüyü bir dünya diqqətimi çəkdi. Məncə bizim dünyada da buna ehtiyac var) Tomi və onun dostu Nelson həyatla ölüm arasında, ağıl ilə qorxu arasında sıxışıb qalmış insanın iki tərəfini simvolizə edir. Onların mübarizəsi təkcə sağ qalmaq üçün deyil, həm də özlərini dərk etmək, öz “zonalarından” çıxmaq üçündür. Hər addımda dəyişən təbiət – gah meşə, gah səhra, gah da okean – insanın ruh halının dəyişkənliyini əks etdirir. Samir Turan bu romanda psixoloji gərginliyi və fəlsəfi dərinliyi ustalıqla birləşdirir. Qaranlıq, soyuq və sükut içində yaşayan qəhrəmanlar vasitəsilə yazıçı oxucunu düşündürür: bəzən ən qorxulu yer, əslində, insanın öz beynidir. Həyatın mənası, xilas yolunun