Ağacın sol tərəfində rəqs edən qız səhnəsi "Gözləmə" adlanır. Şərq üslubunda rəsm edilmiş qız nəyi gözləyir? Bəlkə hələ naməlum olan gələcəyini? Bəlkə illərdi, arzuladığı, çatmaq istədiyi vüsalı gözləyir? Bəs, üstündəki üçbucaqlar nədir? Qəribədir. Bu müəmmaları hər bir tərəfə yozur. Mənsə sadəcə tablodakı qıza qoşulub rəqs etmək istəyirəm...
Deyirlər, bəzən həyatda bir an əbədiyyət kimi yaşanır, o anı tutmaq lazımdı. Sanırdım ki, anı tutmuşam. Onu bərk-bərk köksümə sıxıb heç buraxmaq istəmirdim...