carmilla

Keçən ilin ən viral kitabı☆
7/10
·344 syf.··
Beğendi
·
2025 2. kitabı
·
4 günde okudu
·
Okunma: 13 Ocak 2025 03:55
Bu əsər xaricdə də çox müzakirə olundu, tərcüməsini, satışa çıxmasını da çox adam gözlədi, amma oxuyandan sonra demək olar ki, hamı pislədi. Ona görə gözləntimi minimuma endirmişdim. Di gəl ki İnci oxuyub ümumən bəyəndi, bir nəfər başqa zövqdə seçici tanışım da bəyəndi. Bir kitab dostumla birlikdə oxuduq, məqsəd tamamilə zaman keçirmək, bəlkə biraz məzələnmək idi, amma zövq aldım baya. Kitab thriller - gotik ədəbiyyat - dark academia - fantastika - mistika temalıdır. Yəni başlayacaqsınızsa, bunun fərqində olun, bu janrlar sizə xitab etmirsə, sırf çox paylaşılır deyə vaxt itirməyin məncə. Kitabın mənfiləri ; 1. Yazı dili. Yazıçı bol-bol təsvirlərdən istifadə edir. Ya da düşüncə axınından. Amma bu sənə nəsə ifadə etmir. Tez-tez kitablara, film və seriallara, məşhur personajlara referanslar verir, amma bunu mətnə yedirtə bilmir. Demiş olmaq üçün dediyi bəlli olur, quru qalır. 2. Tərcümə və redaktə. İthaki kitabı tez bitirib tez satışa çıxartmaq üçün mü belə edib, bilmirəm, amma nəşr bərbaddı. Hamı tərcüməyə daha fokusludu, ama məncə, əksinə. Tərcüməçi bir çox söz oyununu, bənzətməni və s mümkün dərəcədə əks etdirməyə çalışıb. Problem redaktordadır. Xam mətni demək olar ki, heç işləməyib. Korrektəyə heç girmirəm, çünki hər 3 səhifədə bir orfoqrafik səhvlə qarşılaşırdım və dırnaq işarələri demək olar ki, hər dialoqda ən az bir dəfə səhv qoyulub. Bir son oxuma etmək belə çətin idi yəni? Kitabın sevilməmə səbəbləri ; 1. Üslubun xüsusən də dark academia / gotik ədəbiyyat / mistika, triller oxumayan oxuyucular üçün həddindən artıq yad, qəribə olması. 2. Yazıçının bir sistematika qura bilməməsi, mövzunun dağılması, bəzi xırda anlarda məntiq xətası deyə biləcəyimiz dəxlisiz nüanslar. 3. Sonluğun qeyri-dəqiq olması. Niyəsə əksər oxucu hekayənin sonunda evlilik ya da
1000Kitap
TavşanMona Awad · İthaki Yayınları · 2024749 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
7/10
·301 syf.··
Beğendi
·
2024 297. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Aralık 2024 22:55
Qəribə bir hekayə idi. "Young adult" + "gothic ədəbiyyat" + "fantastika". Məncə, hamısını sintezləməkdənsə biri üzrə getsə, daha yaxşı alınardı. Kitabda bir "kafası karışmışlık" var çünki. Yazıçı ya nə yazmaq istədiyinə tam qərar verə bilməyib, ya da ağlındakını tam çatdıra bilməyib. Amma əsas personajlar olan qız və oğlan həm ayrı-ayrılıqda, həm birgə çox yaxşı idilər. Cəmi 300 səhifədə əsas da Elwood ilə dərin bir bağ qura bildim. Green flag fictional man siyahıma daxil etdim onu♡ Çərəzlik, bir az da fərqli auralı, hüzünlü nəsə oxumaq istəsəniz, şans verməyə dəyər.
Birlikte ÇürüyeceğizSkyla Arndt · Artemis Yayınları · 202474 okunma
Puan vermedi·338 syf.··
Beğendi
·
2024 288. kitabı
·
27 saatte okudu
·
Okunma: 09 Kasım 2024 03:54
Ədəbi dəyəri olmayan bir kitaba heç bir ədəbi dəyər daşımayan təhlillə gəldim ahahaha Əvvala kitab deyildiyi qədər dəhşətizm gəlmədi açığı mənə. Ya da o qədər psixologiyam pozulub ki, istənilən psixopatca səhnəni rahatlıqla normalize edə bilirəm ahahahaha Bu, dark romance bir kitabdı. Hər iki personaj başqa qatilləri, təcvüzcüləri və s. öldürən peşəkar seriyalı qatillərdir. Həmçinin, hər ikisi qurbanlarına "xüsusi qayğı göstərməkdən" həzz alır və özlərinə məxsus işgəncə metodları var. (Kitabın adı onların ləqəblərindən gəlir) Kitabla bağlı xəbərdarlıqlar da əsasən bununla bağlıdı. Yəni o işgəncə təsvirlərindən narahat olacaq olanlar heç başlamasın. İdk, insan dərisinin rəndələnib yeyilməsi sizin üçün okay da ola bilər tabii. (Belə açıqlayıb spoi də verməliydim, yoxsa psixopatlıq səviyyəsini izah edə bilməzdim, sorry) Amma az çox bu tərzdə oxuyub izləmisinizsə, çox da triggerləməyəcək. Çünki kitabın dili, aurası düşündüyümün əksinə, heeeç dark deyil. Çox əyləncəli bir dili və cute münasibət dinamikası var. Daha keyiflə oxunur yəni + mən çoox nadir hallarda baş personaj oğlanı bəyənirəm. Bu kitabda Rowan mənim üçün tam net green flag idi. İlk tanışlıq anından sona qədər hər hərəkəti okay idi, duruşunu da pozmadı. Zarafatcıldı, əyləncəlidi, ağıllı və diqqətcildi, cutedu, kompliment alanda qızarır. Əsas qızımızın enayisidi ehehehe Aralarında bir münasibət olmadığı halda ildə bir dəfə gördüyü qıza mənəvi və fiziki cəhətdən sadiqdi. Lazım gələndə də kifayət qədər dominant.:dd Rowan, Bul beni, koçum. !!!!! Önəmli qeyd: Təkrar edirəm, kitab dark romancedı, və bir neçə kesinlikle uzun və detallı olan cinsi səhnələri var. Həmçinin, fantazi səhnələri. Yəni görməzdən gəlinəcək tərzdə deyil, oxumaqdan narahat olanlar birbaşa çıxdaşa salsın kitabı. (Mən də deyirəm axı, bu
1000Kitap
Cellat ve KarakuşBrynne Weaver · Juno Kitap · 2024882 okunma
6/10
·132 syf.··
Beğendi
·
2024 284. kitabı
Hekayəni əslinə qalsa, sevmədim.:d Ümumiyyətlə, yapon ədəbiyyatını sevə bilmirəm. Nə klassikalarını, nə modern ədiblərini. Digər bütün nümunələrdə olduğu kimi, bu əsərdə də problematik düşüncə, problematik xarakter və basdırılmış cinsi arzular özünü göstərirdi.:) Dümdüz toxic münasibət və ya smut səhnə yazılsa, min qat hörmətli idi.:d Qısa giriş versəm, 4 il öncə atası və anası vəfat etmiş Kikudzi adlı gənc uzun müddətdir, toplumdan, çay mərasimlərindən uzaq gəzir. Bir gün ailəsinin köhnə köməkçisi olan qadın israrla onu məclisə dəvət edir ki, bir qızla tanış edib evləndirsin. Bu köməkçi əslində əvvəllər atasının qısamüddətlik məşuqəsi olub. Kikudzi getdiyi mərasimdə atasının iki köhnə sevgilisi, onlardan birinin qız övladı və baxıb fikir deməsi gərəkən gəlin namizədi arasında türklər demiş, bocalayır. Keçmişin kədərli xatirələri və basdırılmış qəzəb üzə çıxır. Zamanla da Kikudzi saf, "doğru" sevgi ilə qadağan edilmiş, kirli sevgi arasında get-gələ düşür... Dediyim kimi biri xaric, heç bir personaj mənə yapışmadı, hərəkətlərinin "gerekçeleri" inandırıcı gəlmədi. Ancaq hər şeyə rəğmən yapon adət-ənənələri barədəki hissələr çox xoş idi. Bir neçə çox soft, xoş səhnə var idi. (Mən hazırda çapda olmayan tərcümədən oxumuşam, ona görə indi paylaşa bilmirəm müvafiq sitatları.) Sona yaxın qəribə bir kədər hiss etdim. Tam olaraq, nəyə, kimə, hansı hadisəyə yönəlik olduğunu heç özüm də bilmirəm. Eynən, Kikudzinin əsər boyu yaşadığı o bilinməzliyi, kədəri duydum. Yazıçı bunu bacara bilibsə, demək ki, haradasa mənim başa düşmədiyim bir yazıçılıq sirri, qabiliyyəti var.") Əsəri tövsiyə edərəmmi... İndiyə qədər heç yapon - şərq klassikası oxumamısınızsa, bu kitabla başlamayın. Sıxıntıdan ölərsiniz, obrazlardan nifrət edərsiniz və bir daha heç vaxt bu kateqoriyaya müraciət
Bin Beyaz TurnaYasunari Kawabata · Doğan Kitap · 200580 okunma
8/10
·72 syf.··
Beğendi
·
2024 282. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Eylül 2024 07:40
Çox qəşəng qısa romandır, uşaqlar. Mövzunun xırdalıqlarına girmək, əsərə olan marağı öldürmək istəmirəm. Belə desək, bir Avropalı iş adamının Çinə səyahəti və iş yerinin alt mərtəbəsindəki WC'lərə nəzarət edən yaşlı, qəribə xasiyyətli xanımla zamanla inkişaf edən xoş dostluğunu oxuyuruq. Bu xanım bir uşaq qanunu ilə bütün dünyada tanınan Çin kimi bir ölkədə 10 övlada sahib olduğunu iddia edir. Hər görüşlərində bu uşaqlardan birinin xasiyyətindən, həyatından danışır. Bəs xanımın həqiqəti nədir ? Və iş adamı və biz doğrudanmı, bu həqiqəti bilməyi indi davam edən oyuna üstün tutardıq ? Xanım Minq demişkən, "Gerçek, her zaman şüphecilikten pişmanlık duymama neden olmuştur." Yazıçının yaradıcılığına baxsanız, əsərlərinin hamısının adları uçuk-kaçıkdı. İnanın ki, qurduğu süjetlər də eyni kaçıklıkdadır.:d Amma qətiyyən dayaz bir çılğınlıq deyil bu. Qəşəng mesajları və incə hissləri daşıyan, sizə ötürən əsərdir☆ Dili axıcı, süjet də maraqlı. İstəsəniz oxuyun. İstəsəniz, Storyteldən dinləyin. Şmit'in pyesləri əsasında çəkilmiş tamaşaları izləməyi də sevirəm onsuz. (Gənc Tamaşaçılar Teatrında iki ayda bir filan "Tanrıya 12 məktub" tamaşası səhnələşdirilir. Yazarın "Oskar və Çəhrayı Leydi" pyesi əsasındadır. Düzdü, çox uzun (3 saat) ona görə də, yorucu tamaşadır, amma məni bol-bol güldürən, kövrəldən, ağladan çox, çox nadir tamaşalardan olub. Bütün hisslərə doyaraq ayrılırsan zaldan. Tövsiyə edirəm tamaşasevərlərə<3) Bu yazıçı ilə tanış deyilsinizsə, artıq vaxtıdır☆
Bayan Ming'in Hiç Olmayan On ÇocuğuEric Emmanuel Schmitt · Doğan Kitap · 20257,5bin okunma