Hekayəni əslinə qalsa, sevmədim.:d Ümumiyyətlə, yapon ədəbiyyatını sevə bilmirəm. Nə klassikalarını, nə modern ədiblərini.
Digər bütün nümunələrdə olduğu kimi, bu əsərdə də problematik düşüncə, problematik xarakter və basdırılmış cinsi arzular özünü göstərirdi.:)
Dümdüz toxic münasibət və ya smut səhnə yazılsa, min qat hörmətli idi.:d
Qısa giriş versəm, 4 il öncə atası və anası vəfat etmiş Kikudzi adlı gənc uzun müddətdir, toplumdan, çay mərasimlərindən uzaq gəzir. Bir gün ailəsinin köhnə köməkçisi olan qadın israrla onu məclisə dəvət edir ki, bir qızla tanış edib evləndirsin. Bu köməkçi əslində əvvəllər atasının qısamüddətlik məşuqəsi olub. Kikudzi getdiyi mərasimdə atasının iki köhnə sevgilisi, onlardan birinin qız övladı və baxıb fikir deməsi gərəkən gəlin namizədi arasında türklər demiş, bocalayır. Keçmişin kədərli xatirələri və basdırılmış qəzəb üzə çıxır.
Zamanla da Kikudzi saf, "doğru" sevgi ilə qadağan edilmiş, kirli sevgi arasında get-gələ düşür...
Dediyim kimi biri xaric, heç bir personaj mənə yapışmadı, hərəkətlərinin "gerekçeleri" inandırıcı gəlmədi. Ancaq hər şeyə rəğmən yapon adət-ənənələri barədəki hissələr çox xoş idi. Bir neçə çox soft, xoş səhnə var idi. (Mən hazırda çapda olmayan tərcümədən oxumuşam, ona görə indi paylaşa bilmirəm müvafiq sitatları.)
Sona yaxın qəribə bir kədər hiss etdim. Tam olaraq, nəyə, kimə, hansı hadisəyə yönəlik olduğunu heç özüm də bilmirəm. Eynən, Kikudzinin əsər boyu yaşadığı o bilinməzliyi, kədəri duydum. Yazıçı bunu bacara bilibsə, demək ki, haradasa mənim başa düşmədiyim bir yazıçılıq sirri, qabiliyyəti var.")
Əsəri tövsiyə edərəmmi... İndiyə qədər heç yapon - şərq klassikası oxumamısınızsa, bu kitabla başlamayın. Sıxıntıdan ölərsiniz, obrazlardan nifrət edərsiniz və bir daha heç vaxt bu kateqoriyaya müraciət