Kitabı çox bəyəndim. Selçuk Uyqurun böyük əziyyət çəkib xarici dildə tərcümə etdiyi əsərdir. Əsərdə italiyalı lider Mussolinin vəzifədən azad edilib tutlması və Hitler tərəfindən onun azad olunması üçün tapşırıq almış zabitlərin onu tapıb, azad etməsi zamanı baş verən hadislərdən bəhs olunur. O dövrün hərbi, texnoloji imkanlarına görə çox uğurlu icra edilmiş "Meşə hərəkatı" əməliyyatı almanların həm hərbi gücünü düşmən ölkələrə bir daha sübut edəcək, həm də Hitlerin öz müttəfiqlərini yarı yolda qoymadığını göstərəcəkdi.
Qısacası o dövrdə gedən hərbi-siyasi məsələlərə marağı olan kəslərə oxumağı məsləhət görəcəyim bir əsərdi.