\\Cəlil Məmmədquluzadə:
Məni başa düşmürlər, mən də onlara başa düşməyəcəkləri şeylərdən danışmıram.
\\Mədinə Abbaszadə:
Mən bu qulaqlara görə ağız deyiləm, danışdıqca artıq səsim batıb. Anlamırlar dinləmirlər və buna baxmayaraq məni sakitləşdirməyə çalışırlar.Halbuki mən sakitləşmək istəmirəm, bir dəfə olsun həqiqətən eşidilmək istəyirəm. İçimdə illərlə yığılan sözlər var, amma hər dəfə yarımçıq qalır. Çünki bəzi ağrılar izah edildikcə yox, qarşımdakılar anlamadıqca daha da ağırlaşır.)İnsan bəzən danışmamağı seçmir, sadəcə danışdığı yerdə özünü tapa bilmir. Hər kəs cavab verməyə hazırdır, amma çox az adam dinləməyə. Mən isə məni düzəltməyə çalışanlardan yox, məni anlamağa çalışanlardan yorulmadan danışa bilərdim.
İçimdə qopan fırtınaları “keçər” deyə bir cümləyə sığışdırırlar. Halbuki bəzi şeylər keçmir, sadəcə insan onları daşımağa öyrəşir. Mən də çoxdan öyrəşmişəm. Gülümsəməyin arxasında susmağa, susmağın arxasında isə qırılmağa.
Bəlkə də problem sözlərimdə deyil. Bəlkə də bəzi hisslərin dili yoxdur. Nə qədər danışsam da, yaşamayan anlamır. Ona görə artıq hər şeyi içimdə saxlayıram. Çünki bəzi yaralar göstərildikcə yox, baxılmadan keçilib gedildikcə daha çox qanayır.