Kitabxanada Yohann Volfqanq Götenin əsərlərini axtararkən, təsadüfən bir kitab diqqətimi çəkdi. Başda düşünmüşdüm ki, oxumaram, amma bir həftə sonra kitabı yenidən vərəqlədim və o andan sonra əlimdən düşmədi. Kitabın müəllifi Yaqub Qədri Qaraosmanoğlu idi və onun dilinin axıcılığı və təsvirlərinin gücü mənə çox təsir etdi.
Qaraosmanoğlu 27 mart 1889-cu ildə Qahirədə doğulub, Türk ədəbiyyatının önəmli nümayəndələrindəndir. Ədəbi fəaliyyətinə şeir yazmaqla başlasa da, daha sonra hekayə və roman janrında uğurlar qazanıb. Onun "Yaban", "Sodom və Qomorra", "Ankara", "Nur Baba" kimi əsərləri Türk ədəbiyyatında mühüm yer tutur.
"Yad Adam" Romanı:
Bu kitabın orijinal adı "Yaban"dır. Əvvəlcə başlıq mənə qəribə gəldi, amma romanın əsas qəhrəmanı Ahmet Celalı tanıdıqca, bu başlığın mənasını anladım. Yazıçı insanların həyatını heyvanlarla müqayisə edir və realizmi ustalıqla əks etdirir. Məncə, Qaraosmanoğlu, Nietzsche, İbsen və Şopenhauer kimi filosoflardan böyük təsir alıb.
Romanın qəhrəmanı Ahmet Celal, I Dünya Müharibəsinə qatılıb və bir qolunu itirərək, müharibədən sonra Anadolunun bir kəndinə köçür. Burada, kəndin insanları ilə uyğunlaşmağa çalışır, amma onları anlamır və onlara yad hiss edir. Bu kənddəki insanlar sadəcə sağ qalmağa çalışırlar və sevgi, hisslərdən uzaqdırlar. Ahmet Celal, öz müharibə qəhrəmanlığını və qolsuz qalmasını onlara göstərməyə çalışsa da, kənddə hər kəsin oxşar vəziyyətdə olduğunu görür. Bu, onu daha da kimsəsiz hiss etdirir.
Celal bəy Kamalistdir və Osmanlı padşahının artıq heç bir şey edə bilməyəcəyini anladığı üçün gələcəyə dair mənfi hisslər keçirir, buna baxmayaraq Mustafa Kamal Paşaya və İnönüyə inandığını da müşahidə edirik. Romanın sonunda baş verən hadisələr – Balaca Həsənin ölümü, Əməti qadının nəvəsinin arxasınca ağlaması, Zeynəb