Stefan Zweig-in möhtəşəm əsərlərindən biridir. Oxuyanda həqiqətən insanın ruhuna dərindən təsir edir, həkimin qarşısında duran çıxılmaz vəziyyət çox təsirli təqdim olunub.
Əsər qısa olsa da, Zweig-in tipik üslubu ilə gərgin, axıcı və insan ruhunun ən dərin qatlarına nüfuz edən bir hekayədir. Hər sətrində insanın daxili mübarizəsi ustalıqla təsvir olunur.
Həqiqətən insana pislik edən “yaxın” bildikləri olur. Əslində əvvəldən bilirdim bu tələni kimin qurduğun gün kimi ortada idi. Amma sonunu oxuyandaaa dəhşətə gəldim…. Kitab adının haqqını verir…