Kitabı həddindən artıq çox bəyəndim.Belə düşünürəm ki,kitab oxucularına çox şey öyrədir.Mən ən vacib situasiyada bu kitabı oxudum.Qərar verməli idim.Görəsən məni həyatdan uzaqlaşdıran insanlara həqiqətən bu qədər dəyər verməyə davam etməli idim mi?Kitab sanki ürəyimin mənə demək istədiyi,ancaq deyə bilmədiklərini çatdırdı.
Sevmədiyimiz insanlara qarşı hisslərimizi idarə etməyi bacarırıq.Çünki onlara önəm vermirik.Amma sevdiyimiz insanlarda vəziyyət dəyişir,ən şiddətli şəkildə onlarla hisslərimizi paylaşırıq.Bəs sizcə bu düzdür?İnsan özündən əlavə sevdiyini də düşünməlidir.Sevdiklərimizə o qədər dəyər verməliyik ki,onları incitməyək,ehtiyatlı olaq,elə özümüzü məhz onlara qarşı idarə etməyi bacarmalıyıq,çünki bizə dəyər verən onlardır.Və birdə yuxarıda sual verdim-Görəsən məni həyatdan uzaqlaşdıran insanlara həqiqətən bu qədər dəyər verməyə davam etməli idim?Cavab,kənardan müşahidə edənlər üçün çox asan və açıqdır.Bunu dərinliyində hiss edən insanlar üçün isə əzabdır,çünki o ən sevdiyi yerdən yaralanıb.Nə olursa olsun,güclü qalmağı bacarmalıyıq.Həyatımızı özümüz inşa edirik,çalışaq bunu ən mükəmməl şəkildə edək.