Bizim qurduğumuz dünya köhnə islahatçıların xəyallarında canlandırdıqları səfeh hedonist utopiyaların tam əksi olacaq. Bu qorxu, xəyanət və işgəncə dünyası olacaq, tapdalayanların və ayaq altda qalıb əzilənlərin dünyası olacaq, insanın kamilləşdikcə daha da amansızlaşdığı dünya olacaq! Bizim qurduğumuz dünyada tərəqqi yalnız iztirabların daha da artırılmasına xidmət edəcək. Köhnə sivilizasiyalar məhəbbət və ədalət hissinə arxalandıqlarını əllərində bayrağa çevirmişdilər. Bizim sivilizasiya isə nifrətə əsaslanır. Bizim dünyamızda qorxu, qəzəb, təntənə və özünüməhvdən başqa heç bir hiss olmayacaq. Qalan nə varsa, hamısını məhv edəcəyik. Hamısını!