Nərmin

Nərmin
@narmin_12
Citius,altius,fortius️
140 okur puanı
Eylül 2020 tarihinde katıldı
Puan vermedi·100 syf.··
2023 15. kitabı
·
4 günde okudu
·
Okunma: 14 Şubat 2023 08:51
Kitab qısa esselerden ibarətdi və hər hissədə müəyyən suallar,cavablar,hislər və həyatlar haqqında danışılır. Yaşamdakı məqsədimiz nədi? Xoşbəxtliyə çatmaq mümkündü mü? Yaşamaq,yoxsa intihar etmək daha çox cəsarət tələb edir? Niyə hamımız həyatımızı dəyişdirmək istəyirik amma hər şey olduğu kimi qalır? Ya da niyə hər səhvimizdə başqalarını günahlandırırıq,amma özümüzü həmişə haqlı çıxartmağa çalışırıq? Sualların hər biri düşündürücüdü. Amma dəqiq bir cavab ala bilməyəcəyimiz suallardı,təəssüf ki. Və kitabda "O dəlidir" başlıqlı hissə xüsusi diqqətimi çəkdi. Ətrafından fərqli düşününən hər kəsi kənarlaşdırmaq ya da dəli demək adət olub. Amma heç kim onların fikirləri,hərəkətləri barədə düşünmür. Kəsib atmaq daha rahat gəlir. Fərqlilik artıq hamıya qorxunc gəlir...
Nar dənələriMuzafferus · Kitab Klubu · 201621 okunma
Reklam
Hər keçən gün bizi ölümümüzə yaxınlaşdırır.
Puan vermedi
Kitab edama gedən birinin edama qədərki düşüncələrindən ibarətdi. Və o hisləri insana hiss etdirməyi bacarır Hüqo. Kiçik olsa da,ağır kitab idi mənə görə. Kitabda atası 1 il həbsdə qalandan sonra atasıyla görüşən qızın onu tanımaması çox ağır idi. Həmin anda atanın o hislərini təsəvvür belə edə bilmərik. Kitabın süjet xətti Yad kitabı ilə oxşardı. Amma bu kitabdakı obrazımız Maurseult kimi vecsiz biri deyil. Ölümünün yaxınlaşdığı hər an ona daha çox əzab verir. Və başda dediyim kimi kitabı ağır edən səbəblərdən biri də bu idi. Kitab boyu əsas düşündüyüm şey bu oldu. Hər gün ölümə bir azda yaxınlaşırıq. Amma bir çoxumuz ölüm haqqında düşünmürük. Gələcəkdə başımıza nə gələcəyini bilmirik. Amma bu günümüzdə kiçik bir səhv edəni pisləyirik(Necə ki,kitabda edama gedən şəxsləri ətraf pisləyirdi və ya onların ölümündən zövq alırdı)
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2026152,3bin okunma
Edmond Dantes'in möhtəşəm intiqamı
10/10
·
Beğendi
Kitab əvvəldən sona qədər özünü oxutduran kitabdı. Kitabdakı həyəcan heç bitmir,bu da oxumaq üçün ayrı bir səbəbdi. Gənc yaşlarında çox böyük ədalətsizliyin və satqınlığın qurbanı olan Dantes,uzun müddət həbs həyatından sonra möhtəşəm dönüş edir. Və onun həyatını məhv edən insanların sadəcə əsl üzünü açır. Təbii ki də,bundan sonra həmin insanlar məhv olur. Çünki Qrafı bu oyuna gətirən hər kəs qaranlıq keçmiş və çirkli pullarla yaşayırdılar. Kitab təqribən 1500 səhifə olsa da,insanı heç yormur. Bitəndə "kaş ki,bitməsəydi" deyir insan. Amma sonu ilə də insanı sevindirir.Və "Heç kəs elədiyi pisliyin qarşılığını görmədən ölmür" cümləsi kitabın əsas düşüncəsidi. Və həmin insanlar elədiyi pisliyin qarşılığını görəndə insan başqa bir zövq alır)
Qraf Monte KristoAlexandre Dumas · Leylək Nəşriyyatı · 037bin okunma
10/10
·544 syf.··
Beğendi
·
2022 39. kitabı
·
7 günde okudu
·
Okunma: 11 Kasım 2022 00:00
Dostoyevski kitablarıyla həmişə insanda dərin izlər qoyan dahidi mənə görə. Hər kitabını ayrı bir həvəslə oxuyuram və hər kitab bitəndə üzərinə uzun müddət düşünməyə məcbur qalıram. Kitabda dram,sevgi,nifrət,eqoistlik,siniflər fərqi incəliklə izah olunub. Bu da heç təəccüblü deyil,çünki Dostoyevskinin hər kitabında bu özəllikləri görmək mümkündü. Dostoyevski bu kitabında yanlış seçimləri,yanlış həvəsləri,sevgiləri olan obrazlara,eyni zamanda mərhəmətli,sadiq obrazlara yer verib. Nataşa yanlış düşüncələrlə,yanlış seçimlərlə özünü və ətrafındakıları böyük bir uçuruma atsa da,Vanya həmişə ona dəstək olmağa,onu o uçurumdan çıxarmağa çalışırdı. Nataşa hər nə qədər onu başqa birinə əvəz etmiş olsa da,o yenə də Nataşanı dəstəklədi və heç vaxt onun yanından çəkilmədi. Burdan da Vanyanın xüsusiyyətlərini anlamaq olur,məncə. Xəyanətə uğrasa da,yenə də,sevdiyi insanı girdiyi bataqlıqda boğulmağa qoymadı. Alyoşa da öz qərarsızlığı,saflığı və düşüncəsizliyiylə bu dramın başlıca səbəblərindən idi. Nelli obrazı başlarda sirli,davamında ürəkağrıdıcı həyat hekayəsiylə insanın qəlbini parçalayır. Və kitabda Nataşanın valideynləri çox gözəl obrazda idi. Nelliyə qarşı olan xeyirxahlıqları,qızlarına qarşı münasibətləri,tərəddüdlərinə baxmayaraq,yenə də sonda qızlarından əl çəkə bilməmələri ayrı bir məna qatırdı kitaba. Sonda,kitabı hamıya tövsiyə edirəm.Çox bəyəndiyim və üzərinə düşündüyüm əsər idi.
İnceleme
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201923,8bin okunma
Hep yalnız ölürsün.
Puan vermedi
Kitapta 5 farklı hikaye yer almakta. Ve her hikayede farklı sınıflardan olan,durumları farklı olan insanların ölümü gösteriliyor. Ölüme giden yollarında geçirdikleri yalnızlık, pişmanlık duygusu insanın içini parçalıyor. -Kont öldüğünde karısı sadece gösteriş için orda vardı ve kont yalnızlık içinde,aslında bir ailesi olmadığını bile bile öldü. -Madam Guerard öldüğünde çocukları annelerinden çok mirası düşündüler. -Adele hep işi için,para için yaşadı ve aslında hayatı hiç yaşamadı. O yüzden ölüm ya da yaşam onun için farklı değildi. -Charlot açlıktan,yoksulluktan öldü,ama öldüğü gün ailesi onun cenazesi yanlarında ola ola iştahla ekmek yedi. -Ve son olarak,Lacour. O da hep çalıştı,çalıştı. Öldüğünde bile hep ekdiği toprakları düşündü. Ve o da öldüğünde yalnız öldü. Ne kadar çalışsan da,çabalasan da sonda yine öleceksin. O yüzden hayatı tam anlamıyla yaşamalıyız. Ve bir gün ölüm kapımızı çaldığında geriye bakıp güzel şeyler görmemiz için çabalamalıyız.
İnceleme
Nasıl ÖlünürEmile Zola · Can Yayınları · 202024,3bin okunma
Reklam