Canab, bunu bil: zəif adam tək tab gətirə bilməz! Hər şeyi ona versən də, özü gətirib geri qaytaracaq, dünyanın yarısını ona ver, yoxla - necə fikirləşirsən, neyləyəcək? Elə o saatdaca sənin ayaqlarına düşəcək, o qədər alçalacaq. Sən ona, zəif adama azadlıq ver, - özü ondan imtina edəcək. Axmaq ürəyə azadlığın da xeyri yoxdur!