Gəlin, axtarışa,tədqiqə yönələk.Tarixi araşdıraq, həqiqəti tapaq...
Ey mәnim ailәm vә tayfam, gәlin Allahın göstәrişi ilә hәqiqәtlәri axtarmağa, tәdqiq etmәyә yönәlәk, tәәssüblәri qırağa qoyaq. Biz Әmәvilәr vә Abbasilәrin çıxartdıqları düşüncә әyriliyinin qurbanı olmuşuq. Biz heç şübhәsiz Müaviyә, Әmri-As, Müğәyrәt ibni-Şübә kimi adamların hiylәlәrinә aldanmışıq. Gәlin hәqiqi İslam tarixini araşdıraraq aydın, aşkar hәqiqәtlәri tapaq. Allah bizә ikiqat savab verәr, bәlkә bizim üzümüzdәn peyğәmbәrin vәfatından sonra yetmiş üç firqәyә bölünәn vә müxtәlif bәlalara düçar olan bu ümmәt tәzәdәn birlәşә. Gәlin “La ilahә illәllah, Muhәmmәd rәsulullah” vә Әhli-beytә tabe olmaq bayrağı altında ümmәti toplayaq! Peyğәmbәrin özü Әhli-beytә tabe olmağı bizә әmr etmiş vә buyurmuşdur ki: “Әhli-beytdәn qabağa keçmәyin, hәlak olarsınız vә onlardan ayrı düşmәyin, hәlak olarsınız vә onlara bir şey öyrәtmәyin ki, onlar sizlәrdәn daha biliklidirlәr.”( 1) (1) “әd-Dürr әl-Mәnsur fit-tәfsir vәl Mә’sur lis-Süyuti”, c.2, sәh.60; “Usd әl-Ğabә fi mәrifәt әs-sәhabә”, c.3, sәh.137; “әs-Sәvaiqu әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh.148 vә 226; “Yәnabi әl-Mәvәddә lil-Qunduzi әl-Hәnәfi”, sәh. 41, 355; “Kәnz әl-Ümmal lil-Hindi”, c.1, sәh.168; “Mәcmә әz-Zәvaid lil-Heysәmi”, c.9, sәh.163
Sayfa 188Kitabı okudu
Evin içini çöldəki necə evdəkindən yaxşı bilir?
Tәbiidir ki, peyğәmbәrin Әhli-beyti onun әn’әnәsini Müaviyәdәn vә onun kimi Mәkkә fәthindәn sonra müsәlman olanlardan daha yaxşı bilirmişlәr. Bu inkar edilmәz bir hәqiqәtdir. Çünki bir evin uşağı hәmin evdә olanı özgәlәrdәn daha yaxşı bilir (Әhli-beyt, yә’ni evin әhalisi). Amma biz sünnilәr peyğәmbәrin övladı olan “on iki imamı” qoyub onların düşmәnlәrindәn yapışmışıq. Hamımız Hәzrәti peyğәmbәrdәn nәql olunan “xәlifәlәrim on iki nәfәrdir vә hamısı Qureyşdәndir” hәdisini bilirik, lakin dörd xәlifәdәn başqasını tanımırıq
Sayfa 188Kitabı okudu
Reklam
“Әhli-sünnә vә camaat” istilahının (termin) yaranma tarixi necәdir?
Tarix mövzusunda apardığım tәdqiqatlara görә Müaviyәnin hakimiyyәti әlә keçirdiyi ilin “Am’ül-Camaat” (Camaat ili) olaraq adlandırılmasını qәrara almışdılar. Osman ölәndәn sonra müsәlmanlar Hәzrәti Әlinin şiәlәri vә Müaviyәnin tәrәfdarları olaraq iki yerә bölünmüşdülәr. Hәzrәti Әli şәhid olduqdan sonra Müaviyә İmam Hәsәn ilә bağladığı müqavilәdәn sonra bütün müsәlmanlara hakim oldu. Buna görә hәmin il, “Camaat ili” deyә adlandırıldı. Demәk “Әhli-sünnәt vә camaat” istilahı Müaviyәnin sünnәtinә (әrәb dilindә “sünnәt” sözü “әn’әnә” demәkdir) tabe olub onun hakimiyyәtindә toplananlar mә’nasındadır, güman olunduğu kimi peyğәmbәrin sünnәtinә (әn’әnәsinә) tabe olanlar anlamında deyildir.
Həqiqətən, necə?.. Halbuki heç bir məntiq çərçivəsinə sığmır
Onlar necә bir tәrәfdәn Hәzrәti Әli vә Әhli-beyti sevdiklәrini iddia edirlәr vә eyni zamanda onun düşmәnlәrini vә onların qatillәrini sevirlәr? Doğrudan sünnilәr necә bir tәrәfdәn Allahı vә peyğәmbәrini sevir, digәr tәrәfdәn isә Allahın ehkamını dәyişib yerinә öz ictihadlarını qoyanları müdafiә edirlәr? Onlar peyğәmbәrә hörmәt etmәyәn, ona “sayıqlayır” deyәn vә seçdiyi komandirә e’tiraz edәn şәxsә necә hörmәt bәslәyә bilirlәr? Onlar necә Әmәvi vә Abbasi hökmdarlarının öz mәnfәәtlәri uğrunda mәzhәblәrini rәsmilәşdirdiyi imamlardan tәqlid edirlәr, amma peyğәmbәrin özündәn sonra gәlәcәyini bildirdiyi, sayısını vә adlarını açıqladığı imamlara tabe olmurlar?
Sayfa 188Kitabı okudu
Şübhəsiz
Heç şübhәsiz Hәzrәti peyğәmbәr (s.ә.v.) hәr şeyi izah etmişdir. Lakin әn’әnәyә tabe olduqlarını iddia edәn bә’zi şәxslәr haqqı azdırmağa çalışırlar. Araşdırmamım nәticәsindә başa düşdüm ki, onlar bütün iddialarına rәğmәn peyğәmbәrin әn’әnәsinin yerinә Müaviyә vә Әmәvilәrә tabe olmuşlar. Xüsusilә onların Hәzrәti Әlinin şiәsinә düşmәn olduqlarını, Aşura gününü bir bayram kimi qeyd etdiklәrini, peyğәmbәri sağlığında vә vәfatından sonra әziyyәt edәn sәhabәlәri sevdiklәrini, onların sәhvlәrini düzәltdiklәrini, әmәllәrini gözәl göstәrmәyә çalışdıqlarını görüncә onların peyğәmbәrin yox, Müaviyәnin әn’әnәsini tә’qib etdiklәrindә bir şübhәm qalmadı.
Sayfa 187Kitabı okudu
Bizim yolumuz tikanlıdır,ayağını sevən gəlməsin~İmam Hüseyn (ə)
O halda әgәr şiәlәr peyğәmbәrdәn sonra Hәzrәti Әlinin xәlifәliyinә inanırlarsa bu barәdәki qәti nәssә bağlı qaldıqları üçündür vә bә’zi sәhabәlәri rәdd edirlәrsә Allah vә peyğәmbәrin qoyduğu hökmlәri vә nәsslәri buraxıb ictihad dalınca gedәrәk İslamı yaralayan sәhabәlәri qәbul etmәdiklәrinә görәdir. Buna görә dә, Qәrbin dövlәt vә elm xadimlәri şiәyә qarşı daha şiddәtli mövqe tuturlar vә onları dini tәәssüblәri çox olmaq vә mürtәce olmaqla günahlandırırlar. Çünki şiә mәzhәbi qәti bir şәkildә Qur’ana qayıtmağı istәmәklә oğrunun әlinin kәsilmәsinin, zina edәnә şәr’i hәddin hәyata keçirilmәsinin vә Allah yolunda cihad edilmәsinin labüdlüyünә inanmaqdadır vә bu saydıqlarım qәrblilәrә görә çox kobud vә vәhşicә bir davranış sayılır!
Sayfa 186 - Sizi canımızdan belə çox sevirik,qaldı ki ayağımızKitabı okudu
Reklam
396 öğeden 141 ile 150 arasındakiler gösteriliyor.