Gördü ki, kəndin hörmətli adamları: şura sədri, firqə özək katibi və bir-iki ağsaqqal pərdənin arxasında "səhnə"də stul qoyub əyləşiblər. Mürsəl təəccüb və maraqla soruşdu:
- Burda niyə oturmusunuz?
- Biz həmişə yuxarı başda otururuq, müəllim.
İlk kitabı oxuyanlar üçün məlumat vermə məcburiyyəti hiss edirəm. Kitab iki süjet xətti ilə davam edir. Tam açıqlamaq istəmirəm amma həm keçmiş həm indi ardıcıllığı ilə... İlk kitabdakı kimi dedektiv əsintiləri olacaq, amma əsas olaraq cəmiyyətimizdə sağlam olmayan düşüncələrə toxunulacaq.
Açığı iş-gücdən kitabı mənzərəli bir yerdə çəkə bilmədim)) Məndən soruşanlar olurdu ki, kitabınız nə vaxt nəşr olunacaq, satışa çıxacaq. Kitab çap olundu, amma mənim üçün həyat niyəsə dəyişmədi😄. Kimlər əldə etmək istəsə bu ünvanlara yaxınlaşsın:
1. Ofisait filialları - həftə sonu yaxınlaşın.
2. 28 may Qlobus kitabevi - hal-hazırda satışdadır.
3. Sumqayıt Kompas məktəbli dükanı
4. Sumqayıt RM kitab evi (Bravo)
5. Libraff - təəssüf ki, proseduralar olduğundan hələ ki, burdan əldə etmək mümkün deyil, mən xəbər edəcəyəm)
İş yerində sıxıldığım bir anda kiçik bir hekayə oxumaq istədim. Və tövsiyyə qeydlərimin arasında Anarın bu kiçik həcmli kitabını gördüm. Qısa amma maraqlı idi)) Hadisələr çox tez-tez baş verir və insan obrazın yerində olsa nə edər, necə edər deyə düşünür.
Kişi obrazının hər bir şeyi gizlətməsini, qadın obrazının isə iki insanı birlikdə yola verməsini də sevmədim. Çünki Seymura Rüstəm barədə danışmayaraq haqsızlıq etdi. Seymursa gerçəkləri demədən qadınla münasibətə başladı. Amma fərqli və axıcı idi, yəqin ki kiçik olduğu üçün. Süjet xətti müasir Türk filmlərinin ssenarisinə bənzəyir.
Təşəkkürlər bu cür bir kitab tövsiyəsi üçün SatisfiedMən, Sən, O və Telefon, Anar Rızayev