Xəyyam Paşayev

8/10
··
Beğendi
İl 2033.Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib,radiasiya səbəbindən şəhərlər yaşanması mümkün olmayan hala gəlib.Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır. Fəlakətdən xilas olan bir neçə min insan isə yerin altında,dünyanın ən böyük nüvə sığınacağı olan Moskva metrosuna pənah aparır.Bura bəşər övladının son qalasına çevrilir. Yer altındakı insanlar üçün ən böyük təhlükə qaralardır.Onlar radiasiya şüalanmasından sonra Yer üzündə yeni bir canlı növü olaraq ortaya çıxıblar və vaxtaşırı yer altına hücum çəkərək,metroya sığınan insanı məhv edirlər. Metroda stansiyalar kiçik dövlətlərə bölünüb.İdeologiyalar,dinlər,müxtəlif yaşama səbəblərinə görə bir araya gələn xalqlar formalaşıb.Duyğular öz yerini şübhələrə verib.Burada ancaq bir məqsəd var:nəyin bahasına olursa olsun,həyatda qalmaq. Gənc Artyom tapşırıq alır ki,yaxınlaşan təhlükə barədə Moskva Metropoliteninin ürəyi sayılan "Polis" şəhərciyinə məlumat aparsın.Artıq metronun taleyi,bəlkə də bütün bəşəriyyətin taleyi Artyomun əlindədir....
Metro 2033Dmitry Glukhovsky · Gürer Yayınları · 20102,513 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
10/10
·43 syf.··
Beğendi
·
2021 8. kitabı
İki min ildən artıq bir müddətdə Sun Tzunun "Hərbi sənəti" liderlərə döyüş taktikası və idarəetmə strategiyaları haqqında tövsiyələr verib.Bu kitab Çin mədəniyyətinin üzvi hissəsi olmaqla bərabər,həm də Qərbin həm hərbi işlərdə,həm biznesdə,həm də adi insan münasibətlərində yaşayış uğrunda mübarizənin və uğurlarının məhək daşı rolunu oynayıb. Qədim dünyanın müharibə texnikasına,hiyləgərliklərinə və texnologiyalarına istinad etməklə əsər məhz öz zamanının məhsuludur.Lakin onun çox yeri müasir ssenarilərə də uyğun gəlir və bu,indiki zamanda velə niyə populyar klassik oxu kimi qəbul olunmasını göstərən səbəbdir.Əslində bu günkü oxucu bu kitabdakıları məhz müharibə şəraiti üçün deyil,daha çox biznes və siyasət konteksində tətbiq edir
Savaş SanatıSun Tzu · Türkiye İş Bankası Kültür Yayınları · 202649,5bin okunma
10/10
·240 syf.··
Beğendi
·
2021 3. kitabı
"Böyük şahmat taxtası:Amerikan hökmranlığı və onun geostrateji imperativləri" kitabının(1997) müəllifi,məhşur amerikalı "şahin" Zbiqnev Bjezinski Birləşmiş Ştatların siyasətini bu kitabda olduğu qədər kəskin heç vaxt tənqid etməmişdi 1997-ci ildə "Amerika hökmranlığı və onun geostrateji imperativləri" nəzərdən keçirildi,zəmanə isə dəyişir,hətta Amerika kimi qüdrətli dövlətin də hegemonçuluğunu qəbul etməyən dünya çoxqütblü nizama doğru hərəkətdədir.2010-cu ildə Z.Bjezinski artıq hesab edir ki,əgər ABŞ özünün "Dünya siyasətində Tanrının seçdiyi hegemon" qlobal konsepsiyanı dəyişməsə,onu keçmiş imperiyaların taleyi gözləyir Amerikaya 21-ci əsrin yeni siyasi sistemində öz vəziyyətini dərk etməkdə necə kömək edəsən və sürətlə güclənən geosiyasətə getdikcə fəal təsir göstərən Çinlə necə tarazlığı tapasan? Şərq və Qərb arasında balansı necə təsbit edəsən və Avropa bunda hansı rolu oynamalıdır? Rusiyanın "Böyük Qərb"in maraqları orbitinə çəkmək üçün ABŞ ən yaxın gələcəkdə Moskvaya hansı təklifləri etməlidir? Bjezinski müasir dövrün bu və digər ən vacib suallarına cavab axtarır və tapır...
Siyaset
Stratejik VizyonZbigniew Brzezinski · Timaş Yayınları · 201270 okunma
kitab analizi
Puan vermedi·208 syf.··
2021 1. kitabı
Fransız psixoloqu Lebon Qustavın “Xalqlar və kütlə psixologiyası” əsəri böyük sosial qrupların psixologiyasının tədqiqinə həsr olunub. Mütəşəkkil kütlənin davranış qanunlarını ilk dəfə məhz Lebon ifadə edib. Əsərində o yazır ki, izdiham zamanı adamlarda “indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər meydana çıxır”. Belə vəziyyətdə fərd “fors-major şüur əldə edir və bu şüur onu elə instinktlərə tabe olmağa vadar edir ki, tək olduğu zamanlarda heç vaxt onlara azadlıq vermir”. Lebon bunu belə izah edir: birincisi, “kütlə anonimdir və ona görə məsuliyyət daşımır. Ayrı-ayrılıqda fərdləri həmişə çəkindirən məsuliyyət hissi, izdiham zamanı tamamilə ortadan qalxır”. İkincisi, izdihamda “hər bir hiss, hər cür fəaliyyət sirayətedicidir, özü də o dərəcədə ki, fərd öz şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban verir”. Müəllifin müşahidələrinə görə, izdihamda fərdin üçüncü əsas xüsusiyyəti, “bir növ təlqinə həssas olmasıdır, bu zaman o, öz iradəsinə malik olmur”.
Siyaset
Kitleler PsikolojisiGustave Le Bon · Tutku Yayınevi · 20165,2bin okunma