Elmi sarsıdıb, yoxa çıxaran duyğular yaşayırıq. Mənfi və ya müsbət adlandırdığımız hislər, sadəcə, bizim keçmişimizlə əlaqəlidir. Hətta, uyğunlaşa bilmədiyiniz insan belə, sizin keçmişinizdə dərin iz buraxırsa, bax, ondan imtina etmək mümkün deyil. Bütün səhvlərə, düzlərə, uyğunsuzluqlara rəğmən, hələ də, gözəl duyğular aşılayan, uşaq kimi sevindirən insanlar var həyatımızda.. yaşanmışlıqlarla birgə, keçmişinizi və gələcəyinizi inşa edirlər. Bu gün yanınızda olmasa belə, sabahınızla, mütləq ki, əlaqəli insanlar. Qoruyun deməyəcəyəm, amma emosionaları nəzərə alın. Bəlkə də, məntiq bir gün yarıda qoyacaq bizi...
İlk başladıqda və 20 səhifəsini oxuduqda düşündüm ki, sadədir və o qədər də əhəmiyyətli deyil. Lakin, içində vurğulandığı məqamlar, diqqət mərkəzinə çəkdiyi mövzular bu gün də aktualdır. Əhməd bəy, uğurlu hakimiyyət üsulundan bəhs edir, bunu hekayə halına gətirir və vətəndaş məsuliyyətlərindən bəhs edir. Altından xətt çəkilməsi cümlələrdən çox, altından xətt çəkilməsi başlıqlar və onu əhatə edən məzmun var idi. Fəlsəfik və düşündürücü məsələlər var idi.
Məgər ölmək şüur və iradəni itirmək deyilmi? Bunları itirən insan heç olmasa, duymaz, eşitməz və duyub eşitmədiyi üçün əzab əziyyət içində hər dəqiqə qıvrılmaz.
Mən istibdad ölkəmi, bu baxımdan onun ehtiyaclarını düşündüm və keçmişə qarğışlar yağdırıb hələ bu gün də içində sayıldığım ziyalı zümrəsinin nə qədər cansız, işinə biganə, bəşəri dərdlərə yabançı olduğunu ilk dəfə bütün ciddiliyi ilə anladım. Öz-özümə söylənməyə başladım: " Biz kimik? Bu dünyadakı mövqeyimiz nədir? Bəşəriyyət bir yana qalsın, öz ölkəmizin faydalanacağı bircə ixtiramız, kəşfimiz var mı? Heç olmasa, bir dənə intellektual və elmi əsər yaratmışıqmı? Yazıqlar olsun ki, hər tərəfimizi saran görkəmli elm və texnika, sənət və ədəbiyyat əsərlərindən bircəciyi bizim deyil. Bircə sənaye əsəri də yarada bilməmişik. Hamısı, hamısı başqalarınındır! Biz əslində bəşəriyyətin belinə minən, onun sayəsində yaşayan bir tüfeyliyik. Bu nə böyük bəla, bu nə böyük ayıb, bu nə böyük üzqaralığı!