Nigar Sultanlı

Nigar Sultanlı
@nigarsultanli
Social work
Baku State University
Baku
Azərbaycan, 16 Ağustos 2004
16 okur puanı
Kasım 2022 tarihinde katıldı
İnsanı canlandırıb hərəkətə gətirən amil- içində daşıdığı arzulardır. Bu arzular güclü və sürəkli olduğu zaman onlara tükənməz istək deyirik. Ancaq heç bir istək özü-özlüyündə yaxşı, ya da pis adlana bilməz. Bunları yaxşı və pis göstərən hansı yolla gerçəkləşmələri, hansı vasitələrdən istifadə etmələridir.
Etimoloji Defteri
Mücellit Nedir ?
Bir insan doğularkən pis və ya yaxşı doğulmur. İnsanı pis, ya da yaxşı adama çeviren mühitdir, mühitin verdiyi tərbiyə, aşılıdığı düşüncə, duyğu və adətlərdir.
Sayfa 81·Kitabı okudu
Yaşam, sevinc, müharibə, həyat, başlanğıc və son
10/10
·336 syf.··
2023 3. kitabı
·
12 günde okudu
·
Okunma: 31 Mart 2023 20:35
Bir kitab oxuyarkən onu öz təxəyyülünüzdə filmləşdirir və sanki, qıraqdan, olanlara baxan izləyicisiniz. "Koramal" ı oxuyarkən qurduğum təxəyyüldən heç ayrılmaq istəmədim. Müharibəylə bağlı çox şey oxumuşam. Bəlkə də, bu özümüzünki idi deyə, bu qədər təsir etmişdi və ya bu yerli yazıçı idi deyə bu qədər diqqətlə analiz etmişəm. Müharibə haqqında vahid bir qərara gəldim. Çalışırdım ki, hər mənalı dialoqda düşünüm. Ümumiyyətlə, şəxsi olaraq bədii kitabları üstün tuturam, çünki, məncə, insana ən böyük mesaj mətnaltı sətirlərlə verilir. Əslində, kitabda anlamadığım Şəfiqənin adının niyə deməsi ilə əlaqəli olan hissə idi. Digər hər şeyi aydın başa düşdüm. Bir hissədə dedim ki, bu hissəni daha sirli, izah etmədən verə bilərdi. Lakin, sonda vurğulanan bəzi nüanslar o qədər gözəl, hətta, asanlıqla unudulan şeylər idi ki, düşündüm ki, yazıçı bunları izah edibsə, bildiyi nəsə var, mən yanılıram. Kitab haqqında deyəcək sözüm yoxdur. Mövzu Qarabağ müharibəsi, müharibənin, vətənpərvərliyin fəlsəfi və subyektiv tərəfləri, şəhidlərin həyatı ilə əlaqələdir. İstifadə etdiyi bəzi sözlərin mənasını, ümumiyyətlə, Azərbaycan leksikalogiyasında tapa bilmədim, bu sözlər yazıçının nə qədər intellektual və araşdırmacı biri olduğunu göstərir. Çox ağır kitab deyil, yerli yazıçılar oxumaq istəsəniz, Rövşən Abdullaoğludan başlayın. Məncə, yaşayan və belə özəl qələmi olan şəxslər, yaşadıqları anda o dəyəri görməlidirlər.
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma

Nigar Sultanlı

, bir kitap okudu
10/10
·336 syf.··
12 günde okudu
·
2023 3. kitabı
Rövşen Abdullaoğlu
9.2/10 · 204 okunma
Hikmət, təslim olma. Bircə indi yox. Sabah məni gözəl günlər gözləyir. Məni o qədər münasibətlətdən keçirib bura qədər gətirən Tanrı bu gün də olməyimə icazə verməyəcək. Bu iztirablar məni daha güclü edəcək. Bu gün övladlarıma bu olanları danışacağam. Necə sınmadığımı, içimdə olan ümidi, nuru söndürmələrinə imkan vermədiyimi danışacağam. Döyüşmək üçün yox, zəfər üçün yaşayacağam. Deyirlər, vətən üçün öl, mən vətən üçün yaşayacağam.
Sayfa 254·Kitabı okudu