NoomaN YolchU

NoomaN YolchU
@noomanyolchu
Even a single page can make a big difference
10/10
·320 syf.··
Beğendi
·
2026 2. kitabı
·
563 günde okudu
·
Okunma: 05 Mayıs 2026 23:58
Bəzi kitablar var, çevrilib geriyə baxarkən yaxşı ki 20’li yaşlarımda oxumuşam deyirəm. Bu əsər də tam belə təsir yaratdı düşüncələrim üzərində. Çalışın oxumadan ölməyin, cavan ikən oxuyun və orjinalından, yazıldığı kimi oxuyun, tərcümə ilə kitabı bərbad günə qoyurlar bəzən və bu variantları heç kimə tövsiyyə etmirəm.
Düşünce
Think and Grow RichNapoleon Hill · TarcherPerigee - Penguin Books · 20053,286 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Tele ekran yoxsa Tele fon?
Puan vermedi·352 syf.··
2025 17. kitabı
Bilmirəm nədəndirsə, amma kitabın sonlarına doğru əsərdə Winston’un ən böyük ikinci düşməni olan və həmin dövrdəki insanları hər an, 7/24 izləyən teleekranları, günümüzdəki komputer və telofonlarımıza bənzətməyə başladım. Həm davamlı görüntü qeyd edib ötürməsi, həm səs yazıb üzərindən canlı əlaqəni təmin etməsi və s, sanki 1984 əsərində günümüzdəki bu cihazlara istinad edilib. Digər yandan isə George Orwellin 1984 əsəri totalitarizmin qorxunc dünyasını və fərdin azadlığının sistem tərəfindən necə məhv olunduğunu ustalıqla göstərir. Romanın qəhrəmanı Winston Smith vasitəsilə Orwell, dövlət nəzarətinin insanların düşüncələrinə, dilinə və hətta yaddaşına necə müdaxilə etdiyini dramatik bir şəkildə təsvir edir. "Böyük Qardaş səni izləyir" ifadəsi əsərin simvolik mövzusunu, daimi müşahidə və qorxu altında həyat şəklində əks etdirir. 1984 oxucunu düşündürür: azadlıq nədir, gerçəklik kim tərəfindən müəyyən olunur və fərd dövlət qarşısında nə qədər güclüdür? Hər oxunduqca aktual qalan bu əsər, siyasi və sosial refleksiyalar üçün əvəzsiz bir mənbədir. Məncə az da olsa hər birimiz əsərin sonunda Winston’un bütün hisslərini itirdiyi kimi öz hisslərimizi müyyən dönəmdə itirmişik və bu hissi biraz da olsa bilirik :)
1000k
1984George Orwell · Can Yayınları · 2023200,2bin okunma
İncələmədə Spoiler Var
Puan vermedi·336 syf.··
2025 14. kitabı
·
241 günde okudu
·
Okunma: 18 Haziran 2025 09:15
NoomaN YolchU John Green Əsərin incələməsi: The Fault in Our Stars – John Green John Greenin “The Fault in Our Stars” romanı çağdaş gənclik ədəbiyyatında xüsusi yer tutan, sevgi, itki və həyatın mənası mövzularını dərin və emosional bir şəkildə işləyən əsərlərdən biridir. Xərçəng xəstəliyinə tutulmuş iki gəncin – Hazel Grace Lancaster və Augustus Waters-in hekayəsi vasitəsilə, müəllif həm həyatın incəliklərini, həm də ölümün qaçılmazlığı qarşısında insanın daxili dirənişini təsvir edir. Əsas mövzular: The Fault In Our Stars Sevgi və Ölüm: Romanın əsas oxu Hazel və Augustus-un bir-birinə olan sevgisidir. Bu sevgi sadəcə romantik deyil, eyni zamanda iki insanın ölümlə üz-üzə qalarkən həyatın gözəlliklərini paylaşma cəhdidir. Augustus-un ölümündən sonra Hazelin keçirdiyi emosional dönüşüm, ölümə baxış bucağını dəyişdirir. Xəstəlik və Kimlik: Hazel və Augustus sadəcə xəstə deyillər – onların xəstəlikləri onları tamamilə təyin etmir. Onlar öz fərdi düşüncələri, yumor hissləri və fəlsəfi baxışları ilə oxucuda dərin təəssürat yaradır. Roman bu aspektdə stereotiplərdən uzaqdır və xəstəliklə yaşamağı bir "mövcudluq forması" kimi təqdim edir. Mənasızlıq və Məna axtarışı: Əsər boyunca personajlar tez-tez “niyə?” sualı ətrafında dolanırlar. Həyatın ədalətsizliyi, əbədi olmaq arzusu, iz buraxmaq ehtiyacı – bütün bu mövzular müəllif tərəfindən açıq və səmimi şəkildə işlənir. Xüsusilə Augustus-un “mən iz qoymaq istəyirəm” istəyi bu düşüncənin simvolik ifadəsidir. Dil və Üslub: Green gənc personajların dili ilə yazsa da, onların fikirləri dərin, bəzən poetik və fəlsəfi xarakter daşıyır. Əsərin dili axıcıdır, lakin səthi deyil. İroniya, yumor və kədər bir-birinə qarışır və bu da oxucu ilə güclü emosional bağ yaradır. Simvolizm: Siqaret: Augustus-un ağzında yandırmadan saxladığı siqaret –
Edebiyat
The Fault In Our StarsJohn Green · Penguin Books · 026bin okunma
Duyğusal Kişi
Puan vermedi·256 syf.··
2024 31. kitabı
Duyğusal kişi heçkimə lazım deyil, heç öz anasına belə. Bu kitabdan özümə götürdüyüm ən böyük dərs bu oldu. Duyğusal olmaq oturub ağlamqdan ibarət deyil, əsəbini, sevincini, egosunu, nifrətini, sevgisini, qorxularını, şəhvətini, nəfsini, iradəsini və s idarə edə bilməyən hər kişi duyğusaldır. Dilindən narazılıq düşmədən hey şikayət edən, bəhanələr arxasında gizlənən, özünə bir ömür yalan danışan hər kişi duyğusaldır. Tək bir peşmanlığım var, kaş daha tez oxuyardım bu kitabı.
1000Kitap
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019209bin okunma