Mən qarşılıqsız sevgiyə görə həyatını qurban verənləri qınayıram. Axı ne olsun ki, sən sevirsən?! Onun səndən xoşu gəlmirsə, zövqünə uyğun deyilsənsə, nece özünü məcbur etməlidir ki, səni sevsin? Və o, buna özünü məcbur edə bilmirsə, sən özünü öldürməlisən?
Əfsus ki, bu gün dünyada sevgi azalır, ehtiras artır, Azad insanlar azalır, asılılar artır. Bax bu, çox pis tendensiyadır.