Theodore Fontane - Effie Briest
Romanın başlanğıcından sonuna qədər oxucu, bir yelləncək simvolu ilə qarşı-qarşıya qalır. Bir az bu barədə danışmaq istəyirəm. Yelləncəyin Hindistandakı simvolik mənası "ölüm və doğuş arasındakı əbədi döngü" ə işarədir. Buradan belə qənaətə gəlmək olar ki, yelləncək varlıq və yoxluq arasındakı kövrək bir ipdən asılıdır. Önə və arxaya doğru yelləndiyi zaman səma ilə torpaq arasındakı boşluqda, bir növ sərhəddə, hətta Ərafda asılı qalır. Eynilə romanın baş qəhrəmanı Effienin həyatı və ruh halı kimi. Yelləncəkdən başqa bir də yellənən kreslo var ki, buna qarşıda yenə toxunacam. Hər ikisi müəyyən mənada bir eşikdə yerləşdirilib, nəyinsə eşiyində. Bu əşyaların yeri və vəziyyəti, simvolik mənası Effie Briest xarakterini və onun içində olduğu vəziyyəti anlamaqda mühüm rol oynayır.
Theodore Fontanenin 1895-ci ildə nəşr olunan "Effie Briest" romanı Alman ədəbiyyatının " Madam Bovari" i də adlandırılır. Lakin, heç də Madam Bovary ilə xatırlanacaq və ya onun kölgəsində qalacaq bir roman deyil. Prusyada, Otto von Bismark dönəmində keçir və romana adı verilmiş qadının həyatından bəhs edir. Ancaq, arxa planda dövrün sosial, aristokratik və hərbi vəziyyətinə də işıq tutulub.
Fontane romanı 2 ildə tamamlayıb. Romanın özündə oxucu 13 illik bir zaman diliminə şahidlik edir. Hətta bu əsəri "buildengsroman" örnəyi sayanlar da var. Çünki oxucu, romanın başlanğıcında ata evinin bağçasında yeniyetmə bir qız olaraq tanış olduğu Effienin o andan başlayaraq bütün həyatını, dəyişməsini, bu dəyişikliyin səbəbləri və nəticələrini müşahidə edir.
Başlanğıcda yelləncək simvolu və onun Effienin həyatı, içində olduğu vəziyyətlə oxşarlığından bəhs etmişdim. Yenə oraya qayıtmaq istəyirəm. Həmin yelləncək evin bağçası ilə gölün arasında yerləşirdi. Romanda