Sumer, asur, monqol dillərində türk, Avestada azər sözlərinin olması təbiidir, çünki bu dillərin hamısından daha qədim və daha zəngin olan türk dilindən alınma sözlər bütün Avrasiya xalqlarının dilində vardır. Lakin bu əsas vermir ki, dilçilik elminin ən adi qanunlarını tapdayıb türk dil ailəsinə daxil olmayan dilləri türk dili sayaq.