Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
256 syf.
9/10 puan verdi
·
17 günde okudu
Bizim evdə biri vardı, biri yox..
"Şeirsiz olmaz!" deyib oxuduğum hər kitab siyahısına bir şeir kitabı əlavə etməyi adət halına gətirmişəm artıq. Bir xeyli Türk ədəbiyyatından oxuduqdan sonra yenidən Azərbaycan ədəbiyyatına qayıtmağı qərara aldım.
Nüsret Kesemenli
Nüsret Kesemenli
hələ uşaq yaşlarımdan qələminə heyran qaldığım şairlərdəndir. Şeirlərinin əksəriyyətinə musiqilər bəstələnmiş və dilimizdə zümzümə halındadır. Bu da onun qələminin axıcı bir dili olduğuna dəlalət edir. Kitabı oxuyarkən alıntılarımın bəzisinin yorumuna musiqi linklərini də əlavə etmişəm. Keyiflə dinləyin:) İstər sevgidən, istər Vətənə olan məhəbbətindən, istərsə də ailəsi və övladlarından bəhs edən şeirlərində şairin qələminin ustalığına şahid oluruq. Böyük zövqlə oxudum və şeirsevərlərə də oxumağı məsləhət bilirəm.. Nüsrət Kəsəmənli haqqında çox şey yazmaq olar ancaq, onları internetdən də oxumaq olar. Mən sadəcə kitab haqqında fikirlərimi yazmaq istədim. "Oğru olmaq istəyirəm" şeirində şair qayğısız, kədərsiz, ədalətli bir dünyaya işarə edir. "Biri vardı, Biri yox" şeirində; 'Atalıydı analıydı uşaqlar, Bizim evdə biri vardı, biri yox" deyərkən, ürəyim bir cızz etdi. Bu şeiri hər dinləyəndə, oxuyanda kövrəlirəm. Daha çox yazaraq vaxtınızı almaq istəmirəm. Oxuyun, feyz alın...
Seçilmiş Eserleri
Seçilmiş EserleriNüsret Kesemenli · Şərq-Qərb · 2004111 okunma