Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Mən səni unuda bilmirəm axı
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam, göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə... Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı, Uçdun əllərimdə lələyin qaldı... Nələri itirib, bax nəyim qaldı Nələri, nələri unudam gərək! Nüsrət Kəsəmənli.
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Mən səni unuda bilmirəm, axı... Nüsrət Kəsəmənli
Reklam
O küskün xatirələr, Susacaq, dinməyəcək. Bahar dönəcək yenə, Bu sevgi dönməyəcək. Unudaram hər şeyi, Unudaram mən səni. Ürəyim dözməz ancaq, Özgəylə görsəm səni. Nüsrət Kəsəmənli
Sayfa 88 - Azərkitab YayınlarıKitabı okudu
Nüsrət Kəsəmənli.
Təsadüf qəribə işlər görürmüş, Bir səhər bir eşqin əvvəli imiş. Ürək sevməz dedim, demə, sevirmiş, Məhəbbət ağıldan qüvvəli imiş.
Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli:
Sevda şairin həyatında onun məhǝbbətini qazanmış bir insan olub, əgər sevgiləri baş tutmayıbsa, buna görə onları qınamaq düzgün deyil. Bir-birlərini hədsiz çox istəyiblər. Qızın da hisslərinin sonradan şahidi oldum. Sevdanı görmüşdüm. Şəkil məsələsinə gəldikdə isə, tutaq ki, o şəklin evə gəlməsinə narazılıq elədim, cırıb atdım, Nüsrətin ürəyindəki hissləri necə qoparacaqdım?
Ən Sevdiklərimdən
Mən səni unuda bilmərəm axı Unutsam, nələri unudam gərək. Göylərə baxmışıq aylı gecədə, Unutsam, göyləri unudam gərək! - Nüsrət Kəsəmənli
Sayfa 109Kitabı okudu
Reklam
Nüsrət Kəsəmənli
Bu sevgidən sən qorxursan, eybi yox Mən sevǝrǝm ikimizin yerinə. Bu eşq üçün bir gün dara çəksələr, Mən gedərəm ikimizin yerinə. Min əzabdır sənsiz keçən hər günüm, Unutmuşam yaxşı-yaman fərqini Bu sevginin dağ əridən dərdini, Mən çəkərəm ikimizin yerinə.
Sayfa 127Kitabı okudu
15 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.