Payız...
Nədənsə payız uşaqlıqdan bu yana ən sevdiyim fəsil olub. Bəzən çox darıxdırıcı, bəzən sıxıcı fəsil olduğunu düşünər əksər insan. Yarpaqların tökülüb ağacı tərk etməsi, hər yerin yavaş-yavaş solğunlaşması...Mahnıda deyildiyi kimi 'Rənglər hər zaman köhnələr Köhnələr çünki yaddadır...' Ən gözəli də elə bu deyilmi məhz? Sanki hər şeydən, hərkəsdən uzaqlaşırsan...bütün stress, xəyal qırıqlığı, yaşadığın pis günlər...hər biri geridə qalır və yeni səhifə açırsan, yeni planlar, yeni günlər...Bir yandan türklər demiş 'içim bir kıpır-kıpır'. Özümü çox yaxşı hiss edirəm, buna ehtiyacım varmış kimimə gəlir. Bir yandan da 2 il öncə bu fəsildə ən yaxınımı torpağa verdiyimi düşünən də yağış sonrası gələn torpaq qoxusuna küsürəm...Sanki nəfəs ala bilmirəm, boğuluram... Nəysə gedim çayımı içib kitabımı oxuyum. Sonda bu sətirlərə bir işə yaramayan qəlbimi buraxıram...🍂 Amma ötüşmür qəlbin payızı, Onun nə yayı var, nə də ki, yazı...
Kaç gündür #VandaDarbeVar dedikçe safımızı belli ettikçe sözde takipçilerim seri bir şekilde takipten çıktılar🫢😃 kimlerin nasıl zihniyette nasıl tahammülsüzte olduklarını, içten içe kendilerini yediklerini de görmüş oldum. Benim safım belli çekemeyenin yolu ... Açık olsn giderkende ıkı taraflı gitseler bari ugraşmak zorunda kalmazdım🤣 Yaşasın demokrasi! Yaşasın barış Kçgündr #VandaDarbeVar dedkçe sözde takipçilerm sürühalde takiptnçıkmşlr😃kimlern nslbi zihniyette,tahammülsz oldklarını,içteniçe kndilerini yediklrinide görmş oldm.Benm safım belli çekemynin yolu cdk açkolsn giderkn 2tarflı gitselr bari illa uğraştırcklr.Nys.Yaşasn kürthalkı✌🕊
Reklam
Tısbağa Sofiya
Anamın tısbağalardan zəhləsi gedərdi. Xoşuna gəlməyən qonşuları, arası olmayan tanışları, atamın sırtılmış qohumlarını tısbağaya oxşadardı. Səbəbini soruşmamışdım bu nifrətin. Qorxurdum, elə səbəb gətirər, mənim də zəhləm gedər. Diribaş dostlarım deyirdi ki, tısbağanı öldürməyin bir dənə yolu var. G*tünə çubuq soxursan, başını çanağından çıxardır.
Bulantı
Hərhansı birinin üzüntüsünə aciyabiləcək qədər normal insan olaraq görmürəm özümü. Bura yazdığım o qədər şey də özümdən qaçmaq üçündür. İşə gedərkən gördüyüm şahidlik etdiyim o qədər şey, o qədər insan, o qədər nəm nələr artıq yaşamaqdan başqa heçbir işimə yaramır. Əvvəl çox şey düşünürdüm indi isə Qaraqana qarşı acıqlayam. Ümumiyyətlə Qaraqan
Eybi yox
Neyləyim bu qızın ədası bəlli, Birazca özünü öysə eybi yox. Libaslar olsada ən yeni dəbli, Həddini aşmadan geysə eybi yox. Yanımda olanda baxmam heç nəyə, Ürəyim çırpınır, düşüb səs-küyə. Sakitcə sözümü dinləsin deyə, Gözlərəm gözünü döysə eybi yox. İstərəm onunla xoş həyat sürək, Bu qıza güvəndim yaslaram kürək. Mən açıq demişəm anlasın gərək, Sözlərim xətrinə dəysə eybi yox. Deyən yaşamırdım sevgi öncəsi, Yadıma həkk olub nurlu çöhrəsi. Təbəssüm içində işvə, qəmzəsi, Dözərəm nazına nəysə eybi yox. Əziz Qənbərov
dinozavr
Yəqin ki, hamınız “Google”da axtarış verərkən, internet olmayanda açılan dinozavr oyununu görmüsüz. “Space” (boşluq) düyməsinə basandan sonra hərəkətə gələn balaca dinozavrın qarşısına kaktus ağacları, qarğalar və bir sıra başqa maneələr çıxır. İdarə etdiyiniz dinozavrı bacardığınız qədər həmin maneələr toxundurmadan, ən uzağa aparmaq oyunun əsas məqsədidir. Bu oyun internet olmayanda belə, insanların başını qatmağa, onları nəyin bahasına olursa, olsun, kompüterin qabağından ayırmamağa xidmət edir. Bu dinozavr ilə “Google” şirkəti, “internet olmasaydı, dinozavrlar dövrünə geri dönərdiz” mesajını da verir. Yalnız internet olmayanda qısa müddətə yada düşən və oynanılan bu oyun məni həddindən çox kədərləndirir. Oradakı dinozavra yazığım gəlir. Oyunun qəribə tərəfi odur ki, sonu yoxdur. Elə hey, getdikcə-gedirsən. Ta ki, nəyəsə dəyənə qədər. Əslində, bu oyun tamamilə yaşadığımız həyatı ifadə edir. Sonu bilinməyən, axırının necə olacağı haqqında bir fikrimiz olmayan, hər an ölüm təhlükəsi olan həyatda düm-düz irəliləyirik. Qabağa getməkdən başqa bir yolumuz yoxdur. O yolda hərəkət etməyə məcbur və məhkum olmuşuq. Qarşımıza hər addımbaşı cürbəcür əngəllər çıxır. Onları aşmalıyıq və yenidən irəliləməliyik. Hətta dayanmaq haqqında düşünmək də bir saniyənin içində bizi məhv edə bilər.
Reklam
219 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.