Boğazımda düyünlənir, tikan kimi duyğularım
Oyanır dərd üstə günəş batan kimi duyğularım..
Səfa gətirmiş bizə bu gün qəm məclisində,
Bir nəzər yetirmiş qapıya çatan kimi duyğularım.
Görmüş odur sevda odundan yanır dəli könlüm,
Atmış məni alovlara atan kimi duyğularım.
Yoxdur bu gecə şairə haramdır hər yuxu,
Ağladı göylər sakitcə, yatan kimi duyğularım.
Bir qırıq ürək vardı verməzdim ol kimsələrə,
Satdı qul bazarında məni, satan kimi duyğularım.
Dedim Nail, kimə bu qədər fəryad eylərsən?
Dedi qatdı başını, qatan kimi duyğularım..
• Nail Zeyniyev