Nail Zeyniyev

Nail Zeyniyev
@nzeyniyev
"Qaranlıq Bir Sabah", "Mən Qəribə Adamam" və "Peşmanlıq Nəğmələri" kitablarının müəllifi.. "Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı.. AMEA - MEK
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Səfərim var uzaqlara..
Yaralar var, sağalmır, Yorğun, çökmüş bədəndə. Öləndə hamımızı, Aparırlar kəfəndə.. Bir dua oxuyurlar,. Səsi də eşidilmir. Gülən gözlər bəs niyə? Əvvəlkitək sevinmir.. Özüm elə qəbirsiz, Ölü kimi gəzirəm. Amma yaxın gəlişin, Addımbaşı sezirəm. Canı çıxsın saçımın, Gözləyirəm, ağarsın. Elə indi canımı, Alıb, vaxtsız aparsın. Bağışladım qapımı, Döyən dostu-tanışı. Göz yaşımla gecələr, Bezdirmişəm balışı. Bir də imkan tapanda, Məni də bağışlayın. Anamı boz göylərə, Fəryad etsin, qoymayın.
doğum günüm
Düz 12 ay keçir, Ötən doğum günümdən. Həyat nələr apardı, Bu 18 ilimdən. Yoxluğun 50 fəsil, Saysam, hesaba sığmaz. Bəlkə bir izin olsa, Evim sənsiz darıxmaz. Qorxduğum nə vardısa, Bir-bir başıma gəldi. Səni vaxtsız itirmək, Uşaq yaşıma gəldi. Sən qadamı alardın, Mənki ala bilmədim. Bağışla, böyüsəmdə, Adam ola bilmədim. Məzarını yumadı, Gözün axan yaşları. O gündən sovuşmadı, Dünyamın yağışları. 18 il əzabla, Yaşadım, nə vardısa. Bahar mənə neyləsin? Zirvələrim qardısa.
İlk şeir kitabım
İlk şeir kitabım, "Mən Qəribə Adamam" artıq satışda!
1000Kitap
Qaranlıq..
Günəşə kor gözlərim, İplərim düyün-düyün. Yadıma da düşmür heç, Haçan, harda öldüyüm..
Şiir