-Aminə , mənim oxumağa elə də marağım yoxdur . Mən daha çox qulaq asmağa üstünlük verirəm .
Aminə dedi : - Amma Nəfisə , təkcə eşitmək kifayət etmir , onda insan maraqlandığı mövzunu tam başa düşmək üçün zehninə tam arxalanmır . İnsan oxuduğundan çox qulaq asırsa , dərk etmək üçün başqalarına möhtac olur . İnsan həmişə anlaşılmaz və qaranlıq məsələlərlə üzləşir , onları bilmək üçün mütaliə etməlidir . Əgər bir mövzunu anlamaqda başqalarına arxalansan , məlumatların məhdud olacaq , çünki eşitmək nə qədər yaxşı olsa da , kəmiyyət və keyfiyyət baxımından oxumağa çatmaz .