F

F
@ordinaryreaderr
Hislər birləşdirir, düşüncələr ayırır.
Tasarımcı
25 Aralık
114 okur puanı
Mayıs 2020 tarihinde katıldı
10/10
·96 syf.·
2021 24. kitabı
Franz Kafkanın yaradıcılığına təəccüblənməmək əldə deyil. Bu möhtəşəm kitabı bir nəfəsə oxudum desəm yeridir. Necə ümidli idim hər səhifədə təsəvvür etmək mümkün deyil. Gregor'a sözün əsl mənasında kədərləndim. Kitabdan hər kəs müxtəlif nəticələr ala bilər olduqca əla kitabdır, oxumadım yaşadım desəm yeridir. Gregorun əhvəlatı onun böcəyə çevrilməsi ilə bitmirdi. Əksərən insanlara onların istədiklərini verə bilməyəndə onlar üçün bir böcəkdən fərqli olmuruq. Başqaları üçün yaşamaq və çalışmaq öz həddini aşdıqda zaman ilə bunları edə bilməyəcək vəziyyətə gəldikdə artıq çox gec ola bilir, bu da dəyərimizi itirməyimizə səbəb olur və nəticədə artıq başqalarının işinə yaraya bilməyəndə özümüzü bir böcək qədər lazımsız hiss edə bilirik və ya belə hiss etdirilə...
DönüşümFranz Kafka · Olimpos Yayınları · 2019267,4bin okunma
Reklam
10/10
·144 syf.·
2021 9. kitabı
Tolstoyun belə bir kitabının olmadığını öyrəndim. Bəzi məqamları təhrif edərək kitab halına gətiriblər. Bir insanı istədikləri ideologiyaya oturtmaq düzgün deyil, xəyal qırıqlığına uğradım amma oxumağıma peşman deyiləm :D təhrifin beləsi.
Hazreti MuhammedLev Tolstoy · Çalıkuşu Yayınları · 20225,5bin okunma
7/10
·154 syf.·
2021 13. kitabı
Təsir etdi, düşündürdü, nəticəyə səbəb oldu, yəni bir kitabın sahib olmalı olduğu şeylərə sahibdir. Oxumağa dəyər.Xoşuma gəlməyən məqam o oldu ki, mövzunun aydın və başa düşülən olmasına baxmayaraq əsas məzmun bitdikdən sonra yazıçı əlavə təfsirə ehtiyac duyub , bəzi məqamlarda yerindədir amma bəzilərində çox uzun olub və sonlarda məni yordu. Sanki kitabı 3-cü dəfə oxuyurammış kimi hiss etdirdi.
Malcolm X - Çağa İz Bırakan ÖnderlerRecep Şentürk · İlke Yayıncılık · 20221,122 okunma
10/10
·96 syf.·
2021 5. kitabı
Bu kitabın rastıma çox çıxmasına baxmayaraq əsla oxumağı düşündürəcək qədər diqqət və marağımı çəkmirdi. Kitabı almaq məqsədimdə çox fərqli idi. Başqa bir məqsəd ilə kitab oxumağa vaxtım olmasada kitabxanama əlavə etmək qərarı almışdım ta ki, oxuyana qədər. Çox bəyəndim, gedişat, məzmun, obrazlar möhtəşəm idi. Oxuduqca Rihaba qəzəblənir istər istəməz vücudumda olan nifrəti hiss edirdim lakin Həsanat və Mustafanın rəftar və davranışları bəzi mühüm mövzuları yadıma saldı, ibrət oldu. Mustafanın cavabları da etiqadımı möhkəmləndirməyimə kömək etdi.
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018146 okunma
10/10
·104 syf.·
2020 31. kitabı
Mən dəyərli insanlar haqqında yazılan biyoqrafiya kitablarına heyranam və bütün məlumatları bir kitab halına gətirən şəxslərə həmişə minnətdaram. Nəzəri kitabları oxuduqdan sonra başımı kitabdan qaldırdıb bir çox insanlara baxıb inancımda sarsıntı hiss edirəm amma bu tip əməli kitablar mənə həmişə ümid verir. Bu kitaba gəldikdə isə Şəhid Mustafa Çamran fövqəladə bir insandır və onun tanınmasının hər bir fərdin həyatında müsbət izlər qoyacağını düşünürəm.
Çamran MazlumduAli Ekberi · Feta Yayıncılık · 202025 okunma