- Aynaya baxanda özümü görmürəm. Mumbai küçələrində dolaşan o gənc qızı görürəm. Qadağaları pozmaq, azad olmaq necə də xoşuma gəlirdi!
- Həyat ağır idi?
- Daha doğrusu, çətin idi. Başqaları kimi olmayanda həmişə belə olur.
...Axı niyə başımıza nəsə qorxunc bir iş gələndə yaxınlarımız həmişə özlərini günahlandırmağa ehtiyac hiss edirlər? Bəlkə də, bir daha əvvəlki kimi davam etməyəcək həyatlarına yas tuturlar beləcə? Əvvəlki və sonrakı.