112 syf.
9/10 puan verdi
·
8 günde okudu
Q.Q.Markes - “Gözlənilən bir qətlin tarixçəsi” (TEST)
Hər əsərin oxucuya təsir edən atmosferi, öz ruhu var. Qabriel Qarsiya Markesin məşhur əsərlərindən olan və real həyat hadisələri əsasında qələmə alınan "Gözlənilən bir qətlin tarixçəsi" povestini oxuyanda yazıçının sehrbaz, oyunbaz adlandırılmasına etiraz edə bilmirsən. "Ustad" dərgisinin 27-ci, aprel sayında dərc olunan yeni hekayəmin girişində bir filmdən bəhs etmişdim. "İstəyirsiz inanın, istəyirsiz yox, əvvəlcə heç nə göründüyü kimi olmur. Əvvəllər belə şeyləri ciddiyə almayıb, gülürdüm. "Bencamin Batt onun müəmmalı hekayəsi" filmində bir qəza səhnəsi var. Qəzanın baş verəcəyi ana qədər bütün hadisələr sadalanır, göstərilir və elə qəşəng də izah edilir ki, "Həyatda yaşamağa məcbur olduğumuz şeylər var və biz əvvəlcədən bunları bilə bilmərik. Həyat belədir, talelər və yollar zənciri kəsişir və buna kimsə nəzarət edə bilməz" – deyilir" (Skrinşot, 2019). Və ardınca olanlar nəql edilir. İndi Markesin "Gözlənilən bir qətlin tarixçəsi" əsərini oxuyanda eyni fikrə bənzər “Lazım olduqda, tale bizi görünməz də eləyə bilir”(camaatla dolu meydanda Nasarın nişanlısıgilə girməsini heç kəs görməmişdi) fikri ilə qarşılaşanda insan necə hiss edər? Təbii ki, yenə Murel Rukeyserin o məşhur deyimi keçdi beyinimin neyronları, sinapsları, ağ və boz maddələri və s. içindən: "Kainat hekayələrdən ibarətdir, atomlardan deyil!” Devamı... ceylanmumoglu.com/article/qqmarke...
Kırmızı Pazartesi
Kırmızı PazartesiGabriel Garcia Marquez · Can Yayınları · 202114 okunma